Fəxrimiz olan həmyerlilərdən: Doktor Fəfa Səfərova


Doktor Vəfa Səfərova – İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbinin fəxri şagirdlərindən olub.
2004-2010-cu illərdə 625 balla Azərbaycan Tibb Üniversitetinin müalicə profilaktika fakültəsində təhsil alıb.
2012-ci ildə TUS – Tıpta Uzmanlık Sınavı qazanaraq İstanbul Universiteti İstanbul tibb fakültəsi iç hastalıkları (daxili xəstəliklər) Anabilim Dalında Uzmanlıq ixtisasına başlayıb. 2017-ci ildə iç daxili xəstəliklər uzmanı adını qazanaraq təhsilini bitirib.
2018-ci ildə YDUS – Yan Dal Uzmanlık Sınavı qazanıb, 2019-cu ildə İstanbul Universiteti İstanbul tibb fakültəsi endokrinoloji və metabolizma xəstəlikləri bölümünde Yan Dal Uzmanlıq təhsilinə başlayıb.
Hazırda İstanbul Universiteti İstanbul tibb fakültəsi endokrinologiya və metabolizma xəstəlikləri bölümünde uzman doktor olaraq çalışmaqdadır.
Həmyerlimiz – doktor Vəfa Səfərovaya işlərində uğurlar arzu edirik.

 

Şərh Yaz