Yaddas kitabcasi

SİZİNLƏ FƏXR EDİRİK, CƏNAB PREZİDENT

SİZİNLƏ FƏXR EDİRİK, CƏNAB PREZİDENTİsmayıllı rayon sakini Səfa Tarverdiyeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə məktub ünvanlayıb. Məktubda deyilir:

Hörmətli cənab Prezident!

Biz dünyanı cənginə alan koronavirus adlı bəşəri bəlanın çətin dövrünü yaşayırıq. Amma buna baxmayaraq bu çətinliyin bir işığı var ki, o da Sizinlə bağlıdır.
Karantinin ilk günlərində insanlarda bir çaşqınlıq vardı. Amma Sizin uzaqgörən və məqsədyönlü qərarlarınız, atdığınız qətiyyətli addımlar biz sadə vətəndaşları düşdüyümüz təşvişdən qurtardı, bu bəladan xilas edəcəyinizə əminlik yaratdı.
Siz ilk gündən hamımızın yanında oldunuz, tükənməz enerjinizlə, insanlarımıza böyük sevginizlə dayaq oldunuz, Mehriban xanımla birlikdə xalqı ruhdan düşməyə qoymadınız. Əlinizdən gələni, mümkün olan və olmayan hər şeyi etdiniz.
Ölkəmiz həyata keçirdiyiniz qabaqlayıcı tədbirlər nəticəsində digər inkişaf etmiş ölkələrlə müqayisədə daha az itki verib. Biz sadə insanlarda bu çətin sınaqlardan sonra həyat eşqi, ümid işığı yaranır. Biz bu ümid işığını indi həyatımızda görürük. Sizin ölkəmizin rifahı yolunda həyata keçirdiyiniz gözəl əməllərdən ruhlanır, Sizinlə fəxr edirik, cənab Prezident. Sizi dəstəkləyir və hər zaman yanınızda olduğumuzu bildiririk. Sizə möhkəm cansağlığı arzulayırıq.
Dərin hörmətlə,
Şəfa Tarverdiyeva

Şərh Yaz