Yaddas kitabcasi

Görkəmli alim kövrək qəlbli insan, sevimli həyat yoldaşı, mehriban ana

28 aprel 2020-ci il Zərifə xanım Əliyevanın anadan olmasının 97-ci ildönümüdür.
Bu münasibətlə İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı Rayon Heydər Əliyev Mərkəzi, Fazil Əzimov adına Uşaq İncəsənət Məktəbi və Mərkəzləşdirilmiş Kitabxana Sistemi birlikdə akademik Zərifə xanım Əliyevanın həyatından bəhs edən video-çarx hazırlayıb.
Video-çarxda Zərifə xanım Əliyevanın bütövlükdə öz parlaq fəaliyyəti ilə tarix salnaməsinə əbədi həkk olunmuş şərəfli və mənalı bir ömür yaşadığı, elmin çətin yollarında inamla irəliləyərək tibb elminin ən uca pillələrinə yüksəldiyi, çox məsuliyyətli, eyni zamanda ibrətamiz, nümunəvi bir həyat yolu keçdiyi diqqətə çatdırılır.
Verilən məlumatlarda oftalmoloq alimin zəngin ömür yolundan, pedaqoji fəaliyyətindən, tibb elminə verdiyi töhfələrdən danışılır. Qeyd edilir ki, Azərbaycan tibb elminin, xüsusilə onun az inkişaf etmiş oftalmologiya sahəsinin inkişafında müstəsna xidmətləri olan Zərifə xanım yorulmaz fəaliyyəti ilə insanlara daim nur bəxş edib, gözlərə işıq verib. Onun şəfalı əlləri ilə minlərlə xəstə müalicə olunub. Zərifə xanım Əliyeva görkəmli alim olmaqla yanaşı, həm də kövrək qəlbli insan, qayğıkeş və sevimli həyat yoldaşı, övladlarına gözəl tərbiyə verən mehriban ana olub.
Videoda Zərifə Əliyevaya həsr olunmuş şeirlər İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin dərnək üzvləri tərəfindən səsləndirilməsi də yer alıb. İsmayıllı Rayon Fazil Əzimov adına Uşaq İncəsənət Məktəbinin müəllimləri “Ana” mahnısını ifa ediblər.
Zərifə Xanım Əliyevanın ürəklərdə əbədi yaşayan xatirəsi xalqımız tərəfindən hər il hörmətlə anılır!
Linkə keçid etməklə videonu izləyə bilərsiniz:

Şərh Yaz