Könüllülər yenə ürəkləri fəth etdi….

Ramazan ayının ilk günündə İsmayıllı GİKM -nin könüllüləri “Könüllü qonşu” və “Könüllü qonaq” layihələrindən tanıdıqları yaşı 65 dən yuxarı və tək yaşayan insanların qonağı olub.

Bu mübarək gündə kiçik bir gül dəstəsi və xurma ilə onların üzlərində təbəssüm yaradan könüllülər yaşlı insanların xeyir-duasını alıblar.

Əziz dostlar, bu müqəddəs Ramazan ayında bizim diqqət və qayğımıza ehtiyacı olan insanları unutmayaq.

#AzGF #GİKM #İsmayıllıGəncləri #İsmayıllıGİKM #BirliyimİZ

 

Şərh Yaz