96 yaşlı sakin Prezidentə təşəkkür edib

İkinci Dünya müharibəsi iştirakçısı, İsmayıllı rayonunun Tircan kənd sakini 96 yaşlı Babakişi Fətullayev faşizm üzərində Qələbənin 75-ci ildönümü ilə əlaqədar alacağı birdəfəlik yardıma görə ölkə prezident cənab İlham Əliyevə video-müraciət edib. Həmyerlimiz gümrah səs, aydın nitqlə Prezidentə təşəkkürünü bildirib.
Qeyd edək ki, aprel ayının 24-də ölkə başçısı tərəfindən imzalanmış sərəncama əsasən, 1941–1945-ci illərdə müharibədə iştirak etmiş, o cümlədən həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər üçün birdəfəlik yardım nəzərdə tutulur. İsmayıllı rayonundan 118 vətəndaş qeyd olunan birdəfəlik yardımdan yararlana biləcək.
Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılan birdəfəlik yardımdan müharibədə iştirak etmiş, İsmayıllıda olan 4 nəfərə 1500 manat, 114 nəfərə isə 750 manat veriləcəkdir.

Şərh Yaz