DİQQƏT, MƏKTƏBLİ DOSTLAR!

Müsabiqə şərtində dəyişiklik edildi: Vaxt 20 apreldən 5 maya qədər artırıldı

MƏKTƏBLİ DOSTLAR, BİLDİYİNİZ KİMİ, İSMAYILLI ŞƏHƏR İ.HƏSƏNOV ADINA 1 NÖMRƏLİ TAM ORTA MƏKTƏBİNİN MUSİQİ MÜƏLLİMİ SURƏ MEHDİYEVA VƏ “İSMAYILLI XƏBƏRLƏRİ” QƏZETİ #EVDƏQAL MÜDDƏTİNDƏ MƏKTƏBLİLƏR ÜÇÜN MÜSABİQƏ TƏŞKİL EDİB.

#Evdeqal karantin müddətinin artırılması səbəbindən biz də müsabiqənin müddətini artırmağı qərara aldıq. Bilirik ki, bu günlərdə bir-birindən maraqlı musiqilər dinləyir, şəxsi ifaçılıq məharətinizi nümayiş etdirir, şeirlər, hekayələr, məqalələr yazır və vaxtınızı tam mənalı keçirməyə çalışırsınız. Elə isə sevə-sevə ifa etdiyiniz musiqi və rəqs parçalarını videoya çəkin,şeir, hekayə və məqalələrinizi bizə göndərin. Göndərdiyinizdə məktəb və sinfinizi, ad, soyad, ata adı göstərin. Göndərəcəyiniz materiala, sonda #Evdeqal səslənməsi və ya qeydini əlavə edin. Yayımlanmağa layiq göndərmələriniz sosial şəbəkə paylanacaq. Qiymətləndirmə dinləyici, izləyici və oxucuların bəyənmələri əsasında olacaq. Göndərilmə may ayının 5-ə qədərdir. Hər nəfər yalnız bir iş göndərə bilər. 3 fərqlənən video və 3 fərqlənən bədii yazı qalib olacaq. Bədii yazılarınızı sahsoltan@mail.ru musiqili video çəkilişlərinizi sarameqi@gmail.com ünvanına göndərə bilərsiniz. Uğurlar diləməklə müraciətlərinizi gözləyirik.

Şərh Yaz