Rayon rəhbərliyindən davamlı diqqət

İsmayıllıda Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə koronavirus pandemiyası səbəbindən karantin rejimində yaşayan aztəminatlı ailələrə ərzaq yardımı davam edir.
Aprel ayının 11-də rayon təşkilatlarının həmkarlar komitələri, sahibkarlar, iş adamları və könüllü yardım aksiyasına qoşulan xeyirxah insanların dəstəyi ilə 350-dən çox ailəyə ərzaq yardımı paylanılıb.
Böyük razılıqla qarşılanan aksiyada yardımların çatdırılmasında gənc könüllülər fəallıq göstəriblər. Yardım aksiyası İsmayıllı şəhərindən əlavə, rayonun kənd və qəsəbələrində də həyata keçirilib. Ehtiyacı olan ailələr ərzaq sovqatlarından yararlanıblar.

 

Şərh Yaz