Qızıl Aypara Cəmiyyəti aztəminatlılara yardım edib

İsmayıllı rayonunda aztəminatlı ailələrə ərzaq yardımları olunması davam edir.
İsmayıllı Rayon İcra Hakimiyyətinin iştirakı ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən rayon ərazisində yaşayan bir qrup aztəminatlı ailəyə yardım edilib.
Yardımlar Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruzəli Aslanovun və İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun iştirakı ilə olunub. Yardım alan ailələr göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.

Şərh Yaz