Tibbi maska qıtlığı olmayacaq

İsmayıllı rayonunda daxili imkanlar hesabına tibbi maska istehsalına Kürdmaşı kəndində də qoşulublar.
Koronavirus (COVID 19) infeksiyasının sürətlə yayılma təhlükəsi bütün dünyada olduğu kimi ölkəmizdə də tibbi maskalara tələbatı artırıb. Ölkədə yaranmış maska çatışmamazlığını aradan qaldırmağa dəstək olmaq məqsədilə, 1 aprel 2020-ci il tarixdən etibarən, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının təşəbbüsü və İsmayıllı Peşə Tədris Mərkəzinin təşkilatçılığı ilə, əhalinin tibbi maskalarla təmin edilməsi üçün könüllü dərzilər tərəfindən tibbi maskaların hazırlanmasına başlanılıb. Hazırlanan tibbi maskalar əhaliyə pulsuz paylanılır.
Rayonda başlayan aksiyaya Kürdmaşı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, Kürdmaşı bələdiyyəsi və “Nur” Qadın İnkişaf Qrupu da qoşulub. Gün ərzində 400 ədəd maska tikilir.
Aldığımız məlumat görə “Buta” tikiş evi aprel ayının 4-dən aksiyaya qoşulacağını bildirib. Yaxın günlərdə isə rayonda fəaliyyət göstərən İsmayıllı Tikiş fabriki də tibbi maskaların istehsalına başlayacaq.
Rayonun digər qəsəbə və kəndlərinin də bu aksiyaya qoşulması gözlənilir.

Şərh Yaz