Diqqət! Diqqət!

İsmayıllıda yandırılmış kişi meyiti aşkarlanıb

 

İsmayıllı rayonunun Tubukənd kəndinə gedən yolun sol kənarındakı kolluq sahənin yanında 28 mart 2020-ci il tarixdə üzərində yanma əlamətləri olan naməlum, skletləşmiş insan meyiti aşkar edilmişdir.

Fakt üzrə İsmayıllı rayon prokurorluğunda cinayət işi başlanaraq, istintaq aparılır. İstintaqla müəyyən edilmişdir ki, naməlum meyit kişi cincli olmaqla, yaşı təqribən 30-40, boyu 163- 171 sanyimetr arası, saç rəngi qara, qan qrupu III (+)-dir.

Meyitin üst çənəsində 3 ədəd taxma diş var. Həmin dişlər sağ mərkəzi diş və sol yan kəsici diş ana dişidir, orta onlara qoşulmuş metal-plasik körpüdür.

Ölümün baş vermə tarixi meyitin aşkar edildiyi 28 mart 2020-ci il tarixindən təqribən 2-4 gün əvvələ təsadüf edir.

Ehtimal olunur ki, meyitin əynində üzərində “Dolce Qabana” yazısı olan göy rəngli cins şalvar, qara rəngli, uzunqol sviter, qara rəngli mayka, içərisi tüklü, boz rəngli uzunqol gödəkçə, qara rəngli corab, yan tərəflərində ağ rəngli 3 ədəd zolağı olan idman şalvarı, üzərində ağ-qara zolaqları olan, sarımtıl, qısaqol mayka, üzərində “Underwear” yazısı olan qara rəngli alt paltarı, başlığı üzərində “Calven Claine” yazısı olan bel kəməri olmuşdur.

Yuxarıda qeyd olunan əlamətlərə malik şəxs barədə məlumatı olanlardan İsmayıllı rayon prokurorluğuna (020 285-13-02) və ya İsmayıllı Rayon Polis Şobəsinə (020 285 11 89) məlumat verməyiniz xahiş olunur.

İsmayıllı rayon prokurorluğu,

İsmayıllı Rayon Polis Şobəsi

 

Şərh Yaz