Təqaüddə olan qadın müəllimlər unudulmadı

İsmayıllı bələdiyyəsi və İsmayıllı Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində gənc könüllülər təqaüddə olan bir qrup qadın müəllimin evinə gedərək, onların əziz bayramlarını təbrik ediblər.

İsmayıllı şəhərinin müxtəlif məktəblərində müəllim işləmiş və hal-hazırda təqaüddə olan bu xanımlar əlamətdar gündə diqqətdə olduqlarından məmnunluq duyduqlarını bildirib, bələdiyyəyə və mərkəzin könüllülərinə təşəkkür ediblər.

S.Rəhimova

Şərh Yaz