Tələbələr yürüşdə iştirak edib

“Bütün Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı ilə qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”.

Ümummilli lider Heydər Əliyev

Artıq 28 ildir ki, Respublikamızın hər yerində olduğu kimi, İsmayıllı rayon sakinləri, ictimaiyyəti, ziyalıları, məktəbliləri qan yaddaşımız olan Xocalı faciəsini yad edirlər.
İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin müəllim və tələbə heyəti də “Ana harayı” abidəsinə yürüş edib, şəhidlərimizin əziz xatirəsini bir daha yad etdilər. Allah bütün şəhidlərimizə rəhmət etsin!

Mövlud Ağayev

 

Şərh Yaz