Təşəbbüs bəyənilib

İsmayıllı şəhəri Ağahüseyn Aslanov adına 2 nömrəli tam orta məktəbinin 3 b sinfinə Aprel döyüşlərinin şəhidi Mikayıl Yaqub oğlu Vahabzadənin adı verilib. Bu təşəbbüs məktəbliləri vətənpərvərlik, qəhrəmanlıq ruhunda tərbiyə olunmasının bariz nümunəsidir.

Həmin tədbirdə şəhidin ailə üzvləri ilə keçirilən görüş təşəbbüsün bəyənilməsi kimi dəyərləndirilib. Şagirdlər şair təbiətlı, qəhrəman döyüşçü Mikayıl Vahabzadənin vətənə həsr etdiyi şeirlərini söyləyiblər.

Tədbirin gedişində jurnalist-yazıçı Lətifə Əliyevanın “Şəhidliyə aparan sevgi” kitabından qəhrəman həmyerlimizin örnək ola bilən xüsusiyyətləri barədə fikirləri iştirakçıların diqqətinə çatdırıblar.

Məktəbli vətənsevərlər Mikayıl kimi  vətənə sədaqət andı içib, dərs əlaçısı olacaqlarına söz veriblər. Şəhidin ailə üzvləri şagirdlərə öz ürək sözlərini çatdırıblar.

Sonda 3 b sinfinin rəhbəri Elnarə Mənsimova vaxtaşırı olaraq şagirdlərlə bu qəbildən olan tədbirlərin keçirilmə əhəmiyyətindən danışıb.

Təranə Məmmədova

 

Şərh Yaz