Yanğın təhlükəsizliyini təmin edək

Yanğın düşməndir, elə bir düşmən ki, sülhə girməz, nə vaxt  hücum  edəcəyini də deməz!

Baş vermiş yanğın hadisəsi illərlə hər birimizin qurub-yaratdığımızı, zəhmətlə ərsəyə gətirdiyimizi gözümüzün önündə tüstüyə və külə döndərir.

Biz yanğınları düşmən adlandırırıqsa, ondan azad olmaq üçün onun nə olduğunu, nəyə qadir olduğunu, onunla necə mübarizə aparıldığını bilməliyik. Maarifli və tədbirli olmalıyıq. Bunun üçün öncə aşağıdakı suallara cavab verək.

Yanğın nədir?

Yanğın – xüsusi mənbədən kənarda nəzarətsiz yanmadır və insanların həyatına, eləcə də  sağlamlığına, mülkiyyətinə, ətraf mühitə ziyan vurur.

Yanğın təhlükəsizliyi nədir?

Yanğın təhlükəsizliyi – təşkilati, iqtisadi, sosial, elmi-texniki, tərbiyə və təbliğat tədbirlərinin elə bir kompleksidir ki, bu kompleks tədbirlər lazımınca yerinə yetirilərsə, təsərrüfat sahələri və obyektləri, binalar, qurğular, yaşayış məntəqələri təhlükəsiz fəaliyyət göstərər, yanğınların törənməsi və yayılması imkanları aradan qaldırılar, onların sürətlə aşkar və ləğv olunması, insanların həyatının və sağlamlığının mühafizəsi təmin olunar, yanğınların təhükəli amillərinin insanlara və ətraf mühitə təsiri aradan qalxmış, maddi və mənəvi sərvətlər yanğında məhv olmaqdan qorunmuş olar.

Buradan aydın oldu ki, yanğın təhlükəsizliyi təşkilatçılıq, müəyyən maliyyə və digər iqtisadi tədbirlər tələb edir, sosial tədbir olduğu üçün təkcə fərdləri deyil, bütövlükdə cəmiyyəti maraqlandırmalıdır, maarifləndirmə, təbliğat işidir, elmin öyrəndiyi sahədir, daim elmi-texniki yeniliklərin tətbiqini tələb edir və başlıcası yanğın təhlükəsizliyi tərbiyə təzahürüdür.

Yanğın təhlükəsizliyi tələbləri nədir?

Yanğın təhlükəsizliyi tələbləri – yanğın təhlükəsizliyini təmin etmək məqsədilə qanunvericiliklə müəyyənləşdirilmiş şərtlərdir. Bu şərtlər sosial və texniki xarakterlidir. Yanğın təhlükəsizliyini təmin etmək üçün tələblər yanğın təhlükəsizliyi haqqında qanunla yanğın təhlükəsizliyi qaydalarında, norma və standartlarda, müxtəlif təlimatlarda göstərilir.

Yanğın təhlükəsizliyi tələblərinin pozulması nədir?

Yanğın təhlükəsizliyi tələblərinin pozulması – yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsidir. Yanğın təhlükəsizliyi qaydalarının tələblərini tam icra etməmək, tələbin pozulması kimi qiyətləndirilir.

Yanğın təhlükəsizliyi tədbirləri nədir?

Yanğın təhlükəsizliyi tədbirləri – yanğın təhlükəsizliyinin təmin edilməsi, o cümədən yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilməsi sahəsində görməli olduğumuz işlərdir. Yanğın təhlükəsizliyini təmin etmək üçün aşağıdakılar üzrə işimizi qurmalıyıq:

* Yanğınların baş verməsinin qarşısının alınması – yanğınların xəbərdar edilməsi – üçün şərait yaratmalı;

* Hər hansı səbəbdən baş vermiş yanğınların məhdudlaşdırılması – yayılmasının qarşısının alınması üçün şərait yaratmalı;

* Baş vermiş yanğının müvəffəqiyyətlə söndürülməsi üçün şərait yaratmalı;

* Yanğın yerindən insanların və başqa canlıların, qiymətli əşyaların müvəffəqiyyətlə təxliyyə olunması üçün şərait yaratmalıyıq.

 – Yanğınların baş verməsinin qarşın alınması – yanğınların xəbərdar edilməsi üçün şərait yaratmalı.

Yanğınların baş verməsinin qarşısının alınması yanğınların birbaşa və bilavasitə baş vermə səbəblərinin aradan qaldırılması ilə mümkündür. Məsələn, mənzilimizdə qaz yanacağından istifadə ediriksə,  bu səbəbdən yanğınların baş verməsinin qarşısının alınması üçün qaz borularını düzgün seçməli, borular daha çox qaynaqla birləşdirilməli, yivli birləşmələrlə birləşdirildiyi halda oradan qaz sızma etimalı olmamalıdır. Borular uyğun rənglə rənglənməli (standart üzrə – sarı rənglə), borulara toxunuş və digər səbəbdən xətdə silkələnmə minumuma endirilməlidir (bunun üçün burular çəkildiyi divar boyu etibarlı bərkidilməlidir). Qaz xəttinin cihazlara, sobalara birləşdirilməsi icazə verilə vasitələrlə aparılmalıdır.  Qaz sobalarının, cihazlarının quraşdırılması, istismarı, yoxlanılması, təmiri və digər işlər qüvvədə olan qaydalara, norma və standartlara, istehsalçı təlimatlarına uyğun aparılmalıdır.

– Hər hansı səbəbdən baş vermiş yanğınların məhdudlaşlması – yayılmasın qarşın alınması – üçün şərait yaratmalı.

Hər hansısa otaqda yanğın baş verərsə əvvəldən həyata keçirdiyimiz profilaktika işləri yanğının otaqdaxili, otaqdan otağa, binadan digər tikililərə keçməsinin qarşısının alınması eləcə də insanların baş vermiş yanğını sürətlə aşkar etməsi ilə nəticələnməlidir. Bunun üçün, divarlar yanmayan, çətin yanan, yüksək temperaturun təsiri zamanı maksimum müddətə dağılmaya, deformasiyaya müqavimət göstərən materiallarla, hörgü vasitələri ilə çəkilməlidir. Ağac konstruksiyalara vaxtaşırı odadavamlı məhlul hopdurulmalı, istifadə olunan rənglər (kraska), lak və digər bu tipli vasitələr yanğının yayılmasına təşəbbüskar olmamalıdır. Elektrik naqillərinin izolyasiyası çətin yanan materiallardan olmalıdır. Naqillərin gizli çəkilişi elə aparılmalıdır ki, yanarsa divardaxili yanğın yayılmasın. Yanğını, qazlaşmanı aşkar edən və xəbər verən sistemlər quraşdırılmalıdır.

– Baş vermiş yanğın müvəffəqiyyətləndülməsi üçün şərait yaratmalı...

Yanğın baş verərsə ən qısa vaxtda söndürülməsi üçün  avtomatik və ya əl üsulu ilə işə salınan yanğınsöndürmə qurğularının quraşdırılmalı, binaların daxilində və xaricində yanğına qarşı su şəbəkəsi yaradılmalı onlar yanğın kranları, şlanq və lülələri ilə təchiz edilməlidir. Yanğın inventarları (lom, qarmaq, balta, bel, yaba, vedrə, su çəlləyi, qum yeşiyi və s.) ilə komplektləşdirilmiş yanğın lövhələri qoyulmalı, odsöndürən balonlar yanğın lövhəsindən və uyğun olan digər yerlərdən asılmalıdır. Yanğın avtomobillərinin binalara rahat yan alması təmin olunmalı, yanğın  su üçün hovuzlar tikilməli, bina ərazisində Yanğından Mühafizənin nömrələri yazılmış plakatlar asılmalıdır. Bunlar yanğını tez və müvəffəqiyyətlə söndürülməsi üçün vacib olan işlərdir.

– Yanğın yerindən insanların və başqa canlıların, qiymətli əşyaların müvəffəqiyyətlə təxliyyə olunması üçün şərait yaratmalıq.

Binalarda, ərazilərdə yanğın zamanı təxliyyə üçün yolların, çıxışların, pilləkənlərin quraşdırılması, onların daim işlək olması, əşyalarla tutulmasının qarşışının alınması uğurlu təxliyyə  yaradılmış şəraitdəndir.

Tural Əmirxanlı

 

Şərh Yaz