Təkrar gələcəyik

Həqiqət nənə sanki yolumuzu gözləyirdi. Bizi görən kimi sevindi, Özümüzü təqdim etdik. İsmayıllı Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri olduğumuzu söylədik. Od çərşənbənizi təbrik etməyə gəldiyimizi bildirdik. Nənə sevincini, minnətdarlığını  bildirirmiş kimi hər birimizin boynunu qucaqladı, üzündən öpdü. Sevincindən axan göz yaşlarını silə-silə razılıq etdi. Bir neçə dəqiqəlik görüşdən sonra uzun illərin doğmaları kimi ayrıldıq.

“Könüllü qonaq” layihəsindən tanıdığımız Həqiqət nənəyə can sağlığı arzulayıb: Təkrar gələcəyik!, – dedik.
Səadət Rəhimova,

mərkəzin köllü

 

Şərh Yaz