Yaddas kitabcasi

İsmayıllı şəhər sakinlərinin – vergi ödəyicilərinin nəzərinə!

İsmayıllı şəhər sakinlərinin – vergi ödəyicilərinin nəzərinə!

Əziz sakinlər, hörmətli vergi ödəyiciləri!

Torpaq və əmlak vergiləri Azərbaycan Respublikasının vergi sisteminin tərkib hissəsinə aid olan həm dövlət, həm də yerli vergilərdəndir. Vətəndaşlarımız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 198.1.1 maddəsinə əsasən əmlak vergisi, 206.3-cü maddəsinə əsasən isə torpaq vergisi ödənişi edirlər.
Bu vergilər müəyyən olunmuş müddətdə ödənilmədikdə Vergi Məcəlləsinin 59.1 maddəsinə əsasən ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün ödənilməmiş vergi məbləğinin üstünə 0,1 faizi həcmində əlavə faiz gəlir. Bu da faktiki borcun gündən-günə artmasına səbəb olur.
Unutmayın ki, bələdiyyəyə ödədiyiniz əmlak və torpaq vergiləri yaşadığınız ərazinin sosial infrastrukturunun yaxşılaşdırılmasında həlledici rol oynayır.
Mülkiyyətinizdə olan əmlaka və istifadənizdə olan torpaq sahələrinə görə vergiləri vaxtında ödəməyiniz artımsız borcdan qurtarmağınıza və şəhərimizin daha da abad olmasına tam zəmanət verir.
Bu bildirişə müsbət münasibət göstərməniz ailə büdcənizə, İsmayıllı şəhərinin ictimai həyatına və ümumi mənzərəsinə diqqətinizin aşkar göstəricisidir.
Əziz vergi ödəyiciləri, Vergi Məcəlləsinin 59.1 maddəsi tam açıqlığı ilə göstərir ki, borclu qalmaq imkansızlığı daha da kəskinləşdirən haldır. Bu səbəbdən sizi vergi borclarınızı ödəməkdə fəallığa dəvət edirik.
İsmayıllı bələdiyyəsi

 

 

 

 

 

1 thought on “İsmayıllı şəhər sakinlərinin – vergi ödəyicilərinin nəzərinə!

Şərh Yaz