Məqsədimiz Vətənə məhəbbət, düşmənə nifrət ruhu tərbiyə etməkdir

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndində yerləşən keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan 366-cı motoatıcı alayın 10 tankı, 16 zirehli transpartyoru, 9 piyadaların döyüş maşını, 180 nəfər hərbi mütəxəssisi və xeyli canlı qüvvəsi ilə Xocalını mühasirəyə aldı.

Ermənilər ən müasir silahlarla şəhərə hücum edərək Xocalı şəhərini yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdılmış, yandırılmış və insanlar xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Onların içərisində başları kəsilən, gözləri çıxarılan, dərisi soyulan, diri-diri yandırılan və digər şəklə salınanlar çoxluq təşkil edirdi.

Bu soyqırımı nəticəsində, rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülmüşdür ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idi. Bunların içərisində

– 8 ailə tamamilə məhv edilmişdir;

– 56 insan işgəncə ilə öldürülmüşdür;

– 27 ailənin yalnız 1 üzvü qalmışdır;

– 25 uşaq hər iki valideynini itirmişdir;

– 130 uşaq valideynlərindən birini itirmişdir;

– 230 ailə öz başçısını itirmişdir;

– 487 insan şikəst olmuşdur (onlardan 76 nəfər həddi-buluğa çatmamışlardır);

– 1275 insan əsir götürülmüşdür;

– 1165 insan girovluqdan azad edilmişdir;

– 150 nəfərin taleyindən indiyə kimi heç bir məlumat yoxdur.

Qüvvələr nisbəti qeyri-bərabər olan döyüşlərdən sonra Xocalıda olan özünümüdafiə qüvvələri son nəfərinə qədər vuruşaraq düşmənə çox ciddi müqavimət göstərdilər. Bunun özü də o dövrdə şəhəri müdafiə edən insanların göstərdiyi ən böyük qəhrəmanlıq nümunəsi idi. Xocalıya hücum zamanı erməni kəndlərinin mühasirəsində qalmış şəhərin 3000 nəfərədək silahsız mülki əhalisi düşməndən xilas olmaq üçün şəhəri tərk etdi. Çox təəssüf ki, o dövrdə Xocalıya heç bir kömək olmadığından həmin əhalinin demək olar ki, böyük bir hissəsi erməni vəhşiliyindən xilas ola bilmədi.

26 fevral 1992-ci il. Quşbaşı qar yağan sərt qış gecəsi. O gecə dəhşət yaşadı Xocalı. Elə bir dəhşət ki, hələ yer üzü belə müsibət, belə vəhşilik görməmişdi. Evlərə-eşiklərə od vuruldu, torpaq qana qərq edildi o gecə.

Düşmən rəhm diləyən qocaya, xəstəyə, qadına aman vermədi. Uşaqlar valideynlərinin gözləri qarşısında xüsusi qəddarlıqla qətlə yetirilirdilər. Xocalının neçə-neçə qeyrətli oğulu erməni dığalarının qəbirləri üstündə qurbanlıq kəsildi. Qız-gəlinlər əsir alındı. Aramsız güllə yağışından qurtulub ayağı yalın, başı açıq halda meşələrə, dağlara üz tutanların çoxusu yolda dondu, qar uçqunlarına düşdü. O gecə hara gedəcəyini, kimdən imdad diləyəcəyini bilməyən uşaqların doğmalarının meyidləri arasında çaş-baş halda vurnuxmalarını, ətrafda nə baş verdiyindən xəbərsiz körpənin gözlərini həyata əbədilik yummuş ananın buz kimi soyuq döşlərini əmməsini göz önünə gətirin…

Həmin gecə Xocalı sakinlərinin üzləşdikləri müsibətlərin hansı birini deyəsən, hansı birini yazasan? Qələm acizdir bu vəhşilikləri təsvir  etməkdə.

Tarixin hələ indiyədək şahidi olmadığı bu müsibət ancaq insanlığını, mərhəmət hissini itirən vəhşi ermənilər törədə bilərdilər. Ermənilər törətdikləri vəhşilikləri heç nə ilə müqayisə etmək mümkün deyil. Onlar öz bədnam hərəkətləri ilə tarixdən tanıdığımız ən qəddar hökmdarların zülmkarlığını belə kölgədə qoydular. Bu vəhşiliklər həmişə, hər yerdə özlərini “məzlum, yazıq, türklərin təqiblərinə məruz qalan bir xalq” kimi təqdim edən ermənilər xislətini, iç üzünü açıb bütün dünyaya göstərdi.

Ölkəmizin bir çox bölgəsində, o cümlədən İsmayıllı rayonunda Xocalı qurbanlarının xatirəsinə bir abidə ucalır. “Ana harayı” abidəsi. Abidə rəmzi məna daşıyır. Burada arzuları gözündə qalan, ulu Yaradandan imdad diləyən bir ananın fəryadı təsvir olunub. Bu, Vətən rəmzi olan ananın öz övladlarına qarşı sevgisinin bir nümunəsidir.

Bu abidələrin ziyarət olunması, yetişən nəsli Vətənə məhəbbət, düşmənə nifrət ruhunda tərbiyə etmək məqsədi daşıyır və bu ziyarətçilərin sayı zaman keçdikcə artır. Bu o deməkdir ki, Vətənə, işğalda olan torpaqlarımıza olan sevgimiz də artmaqdadır.

Torpaqlarımızın geri alınması üçün Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin bir əmri yetərlidir. O gün uzaqda deyil.

Namil Cəbiyev,

Azərbaycan Respublikası, Ədliyyə Nazirliyinin İsmayıllı Rayon Qeydiyyat Şösinin rəisi

 

Şərh Yaz