Yaddas kitabcasi

Daha fərəhli günlər öndədir

2019-cu il müstəqil Azərbaycan Respublikasının hərtərəfli, dinamik inkişafının uğurlu davamı kimi hadisələrlə zəngin olmuşdur. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi daxili və xarici siyasət möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, aparılan genişmiqyaslı islahatların, həyata keçirilən dövlət proqramlarının məntiqi nəticəsi kimi respublikamız 2019-cu ildə böyük uğurlar əldə etmişdir. Möhtəşəm nəaliyyətlər fonunda müstəqilliyimiz, dövlətçiliyimiz bir qədər də möhkəmlənmiş, siyasi və iqtisadi qüdrətimiz, dünyadakı nüfuzumuz daha da artmışdır. Dövlət quruculuğu, sosial-iqtisadi həyatın əsas istiqamətləri sahəsində böyük nəaliyyətlər əldə olunmuşdur. Ölkə qarşısında duran əsas sosial və iqtisadi məsələlər öz həllini tapmışdır, bütün proqramlar uğurla icra edilmişdir. Dövlət başcısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar dünya miqyasında onun mövqelərini daha da möhkəmləndirmişdir.

Bu fikirlər İsmayıllı Rayon İcra hakimiyyəti başçısının Zərnava kənd inzibati ərazi dairəsinin “2019-cu ildə görülmüş işlər və 2020-ci il üçün qarşıda duran vəzifələr”lə bağlı keçirilmiş hesabat yığıncağında səslənib.

2019-cu il Zərnava İƏD-ə daxil olan yaşayış məntəqələri – Zərnava, Aşağı Zərnava, Sərdahar və Müşgəmir kəndləri üçün uğurlu fəaliyyət dövrü olub. Nümayəndəlik ilin əvvəlindən tədbirlər planı tərtib edib və onun əsasında fəaliyyət göstərib. Bu səbəbdən də görülmüş işlər həlli vacib məsələləri təşkil edib.

Nümayəndəlikdə vətəndaşların müraciətlərinə diqqətlə yanaşılıb, sənədlərlə iş kargüzarlıq qaydalarına uyğun aparılıb. Vətəndaşların xahişi əsasında bir sıra sosial əhəmiyyət kəsb edən infrastruktur yeniliklərinə imza atılıb.

Zərnava kənd inzibati ərazi dairəsinin “2019-cu ildə görülmüş işlər və 2020-ci il üçün qarşıda duran vəzifələr”lə bağlı məruzədən sonra çıxışlarda illik fəaliyyət qənaətbəxş sayılıb.  Çıxış edənlər həlli daha vacib olan məsələlərdən söz açıblar. Ümidvar olduqlarını bildiriblər ki, 2020-ci ildə də ölkəmizdə ərzaq təhluükəsizliyinin, kənd təsərrüfatının, sahibkarlığın inkişafını diqqət mərkəzində saxlayacaq, möhtərəm Prezidentimizin rəhbərliyi altında qazanılan uğurların sayəsində daha fərəhli günlərə qovuşacaqlar.

N.Abdurəhimov,          

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Zərnava kənd İƏD-i üzrə nümayəndəsi  

Şərh Yaz