Ötən il Basqal üçün uğurlu olub

Ölkədə aparılan düzgün iqtisadi siyasət, həyata keçirilən iqtisadi islahatlar 2019-cu ildə  də inkişafın davamlılığını qoruyub saxlamağa imkan verib. Ölkə qarşısında duran bütün əsas vəzifələr uğurla icra edilib. 2019-cu il  rayonumuz üçün də uğurlu olmuşdur. Bu dövrdə rayonumuzda yeni sənaye müəssisələri tikilib istifadəyə verilmiş, bəzilərinin isə tikintisi başa çatmaq üzrədir. Kənd təsərrüfatında ənənəvi sahələr üzrə işlər sürətləndirilmiş, artıq ilkin nəticələr əldə olunmuşdur. Bu gün ölkəmizin inkişaf edən bölgələri arasında İsmayıllı rayonu da seçilir. Ölkə Prezidenti  cənab İlham Əliyevin yaratdığı münbit şərait İsmayıllıda da özünü göstərir. İlbəil burada fərqli iqtisadi layihələrin həyata keçirilməsi müsbət effektini verməkdədir. Sözsüz ki, bütün bunlar da rayonda yaradılan ictimai-siyasi sabitliyin və vətəndaşların dövlət başçısının siyasətini düzgün qiymətləndirmələrinin, onun ətrafında  sıx  birləşmələrinin məntiqi nəticəsidir.

2019-cu il Basqal üçün də uğurlu olub. Belə ki, 2018-ci ildə cənab prezident İlham Əliyevin Basqal qəsəbəsi ilə bağlı imzaladığı iki Sərəncamın icrası uğurla aparılmış və hal-hazırda da davam etdirilir. Son illər ərzində Basqal qəsəbəsində gedən abadlıq-quruculuq işləri ölkə ictimaiyyətinin diqqət mərkəzindədir. 2019-cu ildə Basqal qəsəbəsində 432 şagird yerlik yeni məktəb binası tikilib istifadəyə verilib, “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində işlər davam etdirilir. Bu fikirlər 15 yanvar 2020-ci il tarixində İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Basqal qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Novruz Əsədovun  “2019-cu ildə görülən işlər və 2020-ci ildə qarşıda duran vəzifələr” barədə hesabat məruzəsində səslənib.

Hesabat yığıncağında İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov, qəsəbənin təhsil, mədəniyyət, səhiyyə, qoruq, rabitə, elektrik enerjisi və qaz təsərrüfatı işçiləri, icma üzvləri və sakinlər iştirak ediblər.

Novruz Əsədovun məruzəsində 2019-cu ilin Basqal qəsəbəsi üçün uğurlu il olduğu bildirilib və görülmüş işlər haqqında danışılıb. Görülmüş işlər və keçirilən tədbirlər KİV-də işıqlandırılıb.

Vətəndaşların ərizə, şikayət, təklif və müraciətlərinə baxılması nümayəndəliyin başlıca vəzifəsi olub.

Məruzəçi görülən işlərlə yanaşı çatışmazlıqları da vurğulayıb. Cari ildə bu problemlərin əlaqədar həlli üzrə iş aparılacağını deyib.

Qəsəbə sakinləri məruzə ətrafında çıxış ediblər. Çıxışlarda müraciət, təklif və iradlar səsləbdirilib, görülən işlərə “kafi” qiymət verilib.

Sonda RİH rəsmisi Rüstəm Səmədov çıxış edib. O, İsmayıllı rayonunda gedən abadlıq-quruculuq işlərindən söz açıb, İsmayıllı rayonunun  Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqətində olduğunu vurğulayıb. Basqalın təkcə basqallılar üçün deyil, bütün Azərbaycan üçün əhəmiyyətli olduğunu bildirib və 2020-ci ildə qarşıda duran vəzifələri icra etmək üçün daha məsuliyyətli olmağı tapşırıb.

Sonda yığıncaqda söylənilən təkliflərin məlumat üçün İsmayıllı Rayon İcra Hakimiyyətinə çatdırılması qərara alınıb.

Fəyyaz Mustafayev,

Basqal qəsəbə İƏD-i üzrəmayəndənin müavini

 

Mübahisələrdə ağır zərbə uşaqlara dəyir   

                               17

Fevral ayının 11-də İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayədarlıq Komissiyasının növbəti iclası keçirilib.

Komissiyanın sədri, RİH başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Sevil Əhmədova son bir  ay ərzində komissiyaya daxil olan müraciətlərlə bağlı açıqlama verib. Komissiyanın gündəliyindəki məsələlər geniş müzakirə olunub.

İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva ailələrdə ərlə arvad arasındakı münaqişə və mübahisələr, boşanmalar zamanı ən ağır zərbənin uşaqlara dəyməsini vurğulayıb. O həmçinin bildirib ki, ailədaxili çəkişmələr əksər hallarda azyaşlıların qurduqları ailələrdə baş verir. Sonrakı peşmançılıq isə həmişə olduğu kimi, fayda vermir.

Komissiyanın üzvü Bəhruz Xələfov qəyyumluq və himayədarlıq istiqamətində yardıma ehtiyacı olan vətəndaşlarla aparılan maariflənmə işindən danışıb.

“İsmayıllı xəbərləri”

 

 

Foto Cəmil Xalidoğlunundur

Şərh Yaz