Vətənpərvərlik ruhu aşılayan tədbir

Ağahüseyn Aslanov adına İsmayıllı şəhər 2 nömrəli tam orta məktəbdə fevral ayının 14-də şəhid Cəlal Rüsmov və Mikayıl Vahabzadənin xatirəsinə həsr olunmuş “Vətən mənə oğul desə” adlı tədbir keçirilib.Tədbirin keçirilməsində məqsəd  gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində maarifləndirmək olub.

İsmayıllı Rayon İcra Hakimiyyətini məsul əməkdaşı Namiq Kərimov, RTŞ -nın metodisti Rəna Mirzəliyeva, Qarabağ qazilərindən Kamil Dadaşov, Nizaməddin Əhmədov, Şəmistan Əsgərov, şəhid Cəlal Restəmovun və şəhid Mikayıl Vahabzadənin ailə üzvləri, məktəbin şagirdləri və müəllimləri tədbirdə iştirak ediblər.
Hər iki şəhid həmyerlimiz – Cəlal Rüsmov və Mikayıl Vahabzadənin həyatı və döyüş yolu haqqında məlumat verilib. Video roliklər nümayiş etdirilib, şagirdlərin ifasında şeirlər səsləndirilib və vətənpərvərlik ruhu aşılayan mahnılar ifa olunub.
Cıxış edənlər gənclərin vətənpərvərlik ruhunda tərbiyyə olunması istiqamətində fikirlər səsləndirib, onları  vətənpərvər olmağa çağırıblar.

T.Məmmədova

Şərh Yaz