2019-cu il: İsmayıllı rayonunun sosial-iqtisadi inkişafının təhlili

2019-cu il: İsmayıllı rayonunun sosial-iqtisadi inkişafının təhlili

 

Ölkədə aparılan düzgün iqtisadi siyasət, həyata keçirilən iqtisadi islahatlar inkişafin davamlılığını qoruyub saxlamağa imkan verir. Ölkə qarşısında duran bütün əsas vəzifələr uğurla icra edilir. Azərbaycan inamla inkişaf edir. Bunun təməlində düşünülmüş siyasət, aparılan islahatlar və ölkəmizin gələcəyi ilə bağlı olan proqramlar dayanır. Bu baxımdan 2019-cu il İsmayıllı rayonu üçün də uğurlu olmuşdur. 2019-cu ildə rayon iqtisadiyyatının bütün sahələrində müsbət nəticələr əldə olunmuş və 2020-ci ildə davamlı inkişaf üçün əsaslı təməl yaranmışdır.

Rayon iqtisadiyyatının ümumi indikator göstəricisi olan ümumi məhsul buraxılışının həcmi ilkin hesablamalara görə 2019-cu ilin yanvar-dekabr aylarında faktiki qiymətlərlə 285621,6 min manat, müqayisəli qiymətlərlə 279431,0 min manat təşkil edərək keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,8 faiz artmışdır. Ümumi məhsul buraxılışının hər nəfərə düşən həcmi hesabat dövründə 2,1 faiz artaraq 3268,9 manata çatmışdır. Məhsul və xidmətlərin 75,3 faizi, yəni 214983,2 min manatı istehsal sahələrinin, 24,7 faizi, 70638,4 min manatı  isə xidmət sahələrinin payına düşür.

Məhsul və xidmətlərin bölgüsü (faizlə)

Yaddaş : Şəkildə cədvəlin yanında şirifti düzəltmək

 

 

Hesabat dövründə kənd təsərrüfatı, meşəçilik və balıqçılıq sahəsində 104009,1 min manatlıq və ya ümumi məhsulun 36,4 faizi, sənayedə 24855,2 min manatlıq (müvafiq olaraq 8,7 faiz), tikintidə 86118,9 min manatlıq (30,2 faiz), rabitədə 1160,8 min manatlıq (0,4 faiz), nəqliyyatda 3412,0 min manatlıq         (1,2 faiz), ticarət və xidmət sahəsində 66065,6 min manatlıq (23,1 faiz) məhsul və xidmətlər istehsal olunmuşdur.

Keçən ilin eyni dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsulunun həcmi müqayisəli qiymətlərlə 3,8 faiz, sənaye istehsalı 9,3 faiz, tikinti istehsalı 0,9 faiz, informasiya və rabitə 19,5 faiz, nəqliyyat və anbar təsərrüfatı 5,0 faiz,  ticarət, nəqliyyat vasitələrinin təmiri sektorunda isə 1,1 faiz artım qeydə alınmışdır.

İsmayıllı rayonu üzrə iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı və məhsul buraxılışının fiziki həcm indeksi (ilkin məlumatlar əsasında).

 

  2019-cu ilin

yanvar-dekabr ayları (faktiki qiymətlərlə)    min manat

2018-ci ilin yanvar-dekabr ayları (faktiki qiymətlərlə) min manat Qiymət indeksi 2019-cu il 2018-ci ilin qiymətlərilə, min manat Fiziki həcm indeksi
Sənaye 24855,2 23388,6 97,2 25563,7 109,3
Kənd təsərrüfatı 104009,1 95757,8 104,6 99419,5 103,8
Tikinti  

86118,9

85371,1 100,0 86118,9 100,9
Nəqliyyat və anbar təssərüfatı 3412,0 3251,0 100,0 3412,0 105,0
İnformasiya və rabitə xidməti 1160,8 971,1 100,0 1160,8 119,5
Ticarət xidmətləri 66065,6 63062,4 103,6 63756,1 101,1
 

CƏMİ

 

285621,6 271802,0 102,2 279431,0 102,8

 

ÜMUMİ MƏHSUL BURAXILIŞININ İQTİSADİYYATIN SAHƏLƏRİ ÜZRƏ BÖLGÜSÜ AŞAĞIDAKI KİMİ OLMUŞDUR

 

Yaddaş : Şəkildə cədvəlin yanında şirifti düzəltmək

 

2019-cu ilin yanvar-dekabr ayları ərzində rayonun sənaye müəssisələri tərəfindən faktiki qiymətlərlə 24855,2 min manatlıq mal və xidmətlərin buraxılışı olmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə sənaye istehsalında 9,3 faiz  artım müşahidə olunmuşdur. Hesabat dövründə rayonda əvvəlki ilin eyni dövründən 14,8 faiz çox, 68,4 milyon kilovat saat elektrik enerjisi, 0,2 milyon kub metr çox, 27,5 milyon kub metr qaz istehlak olunmuşdur.

2019-cu ildə rayonda 21449,3 min manatlıq əsas fondlar istifadəyə verilmişdir ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 66 faiz çoxdur. Hesabat dövründə əsas kapitala 92160,0 min manatlıq investisiya qoyulmuşdur ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz çox təşkil etmişdir. Rayonun tikinti təşkilatları tərəfindən il ərzində 25468,4 min manatlıq tikinti işləri yerinə yetirilmişdir ki, bu da əvvəlki ildən 12560,7 min manat çoxdur.

Hesabat ilində rayon əhalisinə 202185,0 min manatlıq istehlak malları satılmış, 28708,0 min manatlıq əhaliyə ödənişli xidmət göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsinin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə sabit qiymətlərlə 2,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi isə 1,9 faiz çox təşkil etmişdir.

Hesabat dövründə informasiya və rabitə xidmətlərinin həcmi 1160,8 min manat olmuşdur ki, bu da keçən ilin eyni dövründən sabit qiymətlərlə 19,5 faiz çoxdur.

01 yanvar 2020-ci il tarixə rayonda muzdla işləyən bir işçinin orta aylıq nominal əmək haqqı ilkin məlumatlara əsasən 393,1 manat təşkil edərək, keçən ilin müvafiq dövründən  34,4 faiz  yüksək olmuşdur.

Əziz Əzizov,               

İsmayıllı Rayon Statistika İdarəsinin rəisi

Şərh Yaz