Kənd kitabxanasında təqdimat

Yazıçı-publisist Nəzirməmməd Zöhrablının “Gözlər yoldan yığılarmı…” adlı növbəti kitabı işıq üzü görüb. Kitab Qarabağ döyüşlərində itkin düşmüş İsmayıllı rayon Gəraybəyli kənd sakini olmuş, soydaşımız Xəqani Eyvaz oğlu Əkbərovun həyat və döyüş yolu əsasında qələmə alınmış sənədli povestdir.

“Azəri” Poliqrafiya nəşriyyatında nəfis tərtibatla çap olunmuş “Gözlər yoldan yığılarmı…” kitabı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Xatirə Kitabı redaksiyası ilə “Bakı-xəbər” qəzetinin “Şəhidlər ölməz, Vətən bölünməz” silsiləsindən müştərək layihəsi əsasında ərsəyə gətirilib. Layihənin rəhbəri Xatirə Kitabı redaksiyasının baş redaktoru, şairə Nəzakət Məmmədova, redaktoru və ön sözün müəllifi şair-publisist Zülfüqar Şahsevənli, rəyçisi “Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, texniki redaktoru Dilarə Hüseynova, korrektoru Kamilə Dilbazi, dizayneri Cəfər Kərimovdur.

Xatirə Kitabı redaksiyasının kollektivi “Gözlər yoldan yığılarmı…” kitabının geniş ictimaiyyətə təqdim edilməsinə itkin-şəhidin doğulduğu İsmayıllı rayonundan başlayıb. Kitabın təqdimatı İsmayıllı rayon MKS-nin Gəraybəyli kənd kitabxanasında da baş tutub.

Aysu Nəcəfli

Şərh Yaz