Qəlbin harayı

Poema

 

Ağlar gördüm anaları, sinəmdə dağ bitirdi,

Qanlı yanvar neçə zərbə, neçə bəla gətirdi.

Bakı döndü qan gölünə, neçə bala itirdi,

O şaxtalı qış gecəsi sinəm dağlı qaldı hey!

Dost-tanışdan kömək də yox, qapım bağlı qaldı hey!

 

Güvənsək də özümüzə, əliyalın qaldıq biz,

Şüşələrə benzin töküb əlimizə aldıq biz.

Nər, pəhləvan oğlu, qızı küçələrə saldıq biz,

Ümid yeri, pənah yeri getdi əldən çıxdı hey!

Körpələrin, qocaların qanı sel tək axdı hey!

 

Səmadakı təyyarələr gəmilərə hay verdi,

Xəzər coşdu, sirkələndi, pulemyotlar qıy verdi.

Küçələrdə zirehli tank, güllələrə yay verdi,

Bağ-bağçalar qalaq-qalaq meyitlərlə doldu hey!

Anam, bacım, qız-gəlinlər saçlarını yoldu hey!

 

Zirehli tank, hərbi gəmi, səmasında qırıcılar,

Vəhşi, manqurt terrorçular libasında qırıcılar.

Sovet “xilaskar” ordusu simasında yırtıcılar,

Darmadağın oldu Bakı, ildırımlar çaxdı hey!

Daşnaklar da tank üstündən gülə-gülə baxdı hey!

 

Ayaqyalın, yarı çılpaq çıxdım çölə, nə fayda,

Quş tüfəngim də yox idi,  keçmişimi salım yada.

O zirehli, mən yalın əl, harda vardır belə qayda?

Satqınların fitnəsiylə yurdum viran oldu hey!

Sevgililər qucağında qərənfillər soldu hey!

 

Xəzər döndü qan gölünə, “Qanlı gölüm” vardı axı,

İlham qaldı tank altında, “Duvaqlı gəlin” vardı axı.

Fərizə də atdı özün, bir “Qız qalam” vardı axı,

Qanı-qanla demişik biz, meyti qanla yumazlar hey!

Səbirli ol, möhkəm dayan, bunu belə qoymazlar hey!

 

Salam sovet əsgəri! – də deyib keçdik güllələrdən,

Yüz il əvvəl keçmişik də, o bolşevik sillələrdən.

Bakı nə vaxt azad olar alçaq, satqın hiylələrdən?

Sinəmizə “Qara Yanvar”, “Qanlı Yanvar” yazıldı hey!

Çəmbərəkənd silkələndi, qəbirlərim qazıldı hey!

 

Şəhidlərim torpaq altda çəkdilər bir dəli nərə,

Sirkələndi Çəmbərəkənd, Kirov aşıb düşdü yerə.

Qorbaçovdan, daşnaklardan ahlar qalxdı boz göylərə,

İgidlərin, qazilərin qanı yerdə qalıbdır hey!

Torpaqlarım əldən gedib, düşmənlərim alıbdır hey!

 

***

 

Xocalı qan içindədir, ara vermir yerdən, göydən top səsləri,

Evlərinə soxulurlar silahlanmış erməni-rus əsgərləri.

Qocaları güllələyir, maşınlara doldururlar əsirləri,

Fürsət tapıb qaçanların qabağını meşələrdə kəsirdilər,

Qorxu, təlaş, şaxta, boran qız-gəlinlər cəngəllikdə əsirdilər.

 

Qarğa-quzğunlar eşidib millətimin fəryadını,

Dövrə vurub boz göylərdə, sipər etdi qanadını.

Vəhşilikdir, cinayətdir bəs nə qoyaq biz adını,

Qartallar da göy üzündə ağlaşdılar, bu da heyvan,

Dərdimizə şərik oldu, utanmır heç belə insan.

 

Vəhşi heyvanlar dözmədi, ulaşdılar, ağladılar, heyvana bax,

Bacardıqca dövrələnib cəlladları saxladılar, üsyana bax.

Faşistlər də əldə bıçaq meyitləri doğradılar, insana bax,

Harda olub bu mənzərə tarix boyu, bax, bu vəhşi, bu da insan,

İnsan insan qanı tökür, vəhşilərsə dözmür buna, bu da heyvan.

 

Kəsik-kəsik elədilər qocaların üzlərini,

Diri-diri çıxardılar balaların gözlərini.

Oyuq ovub cavanların biləklərin, dizlərini,

Ciyərini, ürəyini, böyrəyini qopardılar,

Avropaya, bazarlara, hərraclara apardılar.

 

Ətrafı tutan buludlar heyrətdəydi, qan içində axırdılar,

Qəzəblənmiş ildırımlar cəlladların üzərində çaxırdılar.

Ulduzlar da kinli-kinli, maddım-maddım əsgərlərə baxırdılar,

Fırtınalar, qasırğalar bürüyürdü insanların əhatəsin,

Manqurtlardan ayırırdı xocalının türk-azəri əhalisin.

 

Xocalıda qış gecəsi, ata-ana, körpə uşaqlar dalında,

Yarıçılpaq, başıaçıq… meşəlikdə, bağır yaran qaranlıqda.

Türk qızları qaçırdılar bir-birindən tuta-tuta Xocalıda,

Arxasınca top-tüfənglər taramp-turum güllə gəlir daraq-daraq,

Qan gölünə döndü meşə, “Qanlı meşə” meyitlər də qalaq-qalaq.

 

***

Nə ağlarsan, dəli könlüm, bu qədərmi sən acizsən?

Yağıların, düşmənlərin başlarını çox əzmisən.

Yadındamı, daşnakların qulağını sən kəsmisən,

Qızmış pələng, yatmış tufan, qoca vulkan, qurd oğlusan,

Əsrlərdən axıb gələn fırtınasan, qığılcımsan.

 

Dağlar aşıb, tufan yarıb, alovlardan keçmisən sən,

İnanmısan qonşulara, bu yollarda gecikmisən.

Barmağını bas yarana, düşünmə ki,  kiçilmisən,

Nigar, Həcər, türk qızına yaraşarmı belə nalə,

Səbrini boğ, bir az da döz, bu uduzmaq deyil hələ.

 

Nijide kimdir? Qarağundur, Həzilərin olub sənin,

Faşistlərin bağrın dələn, Mehdisi var hər kəsinin.

Qoç Koroğlu, Qaçaq Nəbi, Babəklərdən gəlir səsin,

Düşmənlərə qan udduran, Mübarizin, əsilin var,

Zatı qırıq, yaltaqlara dağ çəkəcək nəsilin var.

 

Bir qəməlti, küt bıçaqla qalib gələn vaxtın olub,

Düşmənlərə göz dağıtək, Şirvanşahlar taxtın olub.

Xainlərin köks ötürüb, gözəl, qızıl vaxtın olub,

İrəvandan Naxçıvana torpaqların qayıdacaq,

Qayıtdıqca torpaqların, daşnakları ayıldacaq.

 

Qarabağı qaytar sözü gərək çıxsın yadımızdan,

İrəvanı alaq gərək, mənfur düşmən, yadımızdan.

Basıb keçək, bağrın deşək, namərd qorxsun adımızdan,

Sevan adlı göl olmayıb baxsınlar söz arxivinə,

Basarkeçər, Göyçə gölüm qayıtsın öz tarixinə.

 

Milyonlarla qaçqın, köçkün, biz bu dərdə dözək gərək,

Yağıların bağrın deşək, başlarını üzək gərək.

Cəsədlərin göz önündə, sıra-cərgə düzək gərək,

Bəlkə onda şəhidlərim, ruhu sakit, dinc yatarlar,

Anam, bacım sinələrdən qubarları tez atarlar.

 

***

Bu beynəlxalq təşkilatlar, qətnamələr və qərarlar,

Ya Madrid prinsipi, nə verəcək bizə onlar?

Helsinki yekun aktı nə vaxt olacaq bərqərar?

De, nə qədər gözləyək biz, ey sülhsevər, ey Avropa,

Millətim mil üstə durub, daha yatmır ipə-sapa.

 

Dörd BMT qətnaməsi otuz ildir donub qalıb,

Amerikanın, Fransanın, Rusiyanın sinəsində sönüb qalıb.

Əl tutana, terroristə, lobbilərə dönüb qalıb,

İkiüzlü siyasəti bas arxivə, gəl sülh yarat, ey Avropa,

Millətim mil üstə durub, daha yatmır ipə-sapa.

 

Qafqaz üstündə durub, hey baxıram yüksəklərə,

Üstüm duman, çənlə dolu, altındakı səngərlərə.

Bir-biriylə hey atışan, hey vuruşan əsgərlərə,

Nə vaxt olar Qafqazda sülh, ey sülhsevər, ey Avropa,

Millətim mil üstə durub, daha yatmır ipə-sapa.

 

Ey BMT! Əgər sənin zərrə qədər nüfuzun var, ya qalıbsa,

Verdiyin dörd qətnaməni icra etdir, kim qalibsə.

Qoy birləşmiş bu millətlər özü desin sözün kəsə,

Tarixlərdə ömürlük qal, ey sülhsevər, ey Avropa,

Millətim mil üstə durub, daha yatmır ipə-sapa.

 

Kimə lazım süni birlik, boş qərarlar, həm saxta ad,

Millətlərin birləşdiyi ümidi boş təşkilat.

Nə mənası ATƏT, filan, Minsk qrupu, yarat-yarat,

Möhürlətdir Qətnaməni, bir sülh yarat, ey Avropa,

Millətim mil üstə durub, daha yatmır ipə-sapa.

 

***

Amerika, bəli, sənin çox gücün var, zirehlisən, həm tanklısan,

Konqresmen senatorlar, lobbi-filan, düşünmə ki, sən haqlısan.

Tarixlərə ləkə salıb “soyqırımı” qəbul etdin, nə haqla sən?

Millətlərin heysiyyatın tapdalayıb, oyuncağa çevirmisən,

Sülh yolunun carçısısan, bu dünyanı qan gölünə çevirmə sən.

 

Xocalıda insan meyti yığılanda qalaq, qala,

Haradaydı Tramp dayı, Makron əmi, Meykel xala?

Bəlkə bunu türklər, ruslar, iranlılar yada sala.

Əvvəl-axır biz deyirik, sülh yolunu istəyirik,

İkibaşlı siyasəti, silah yolun pisləyirik.

 

Bu nə sülhdür, nə atəşkəs, nə protokol, nə sənəddi?

Konfransın, paketlərin, sammitlərin yoxdur həddi.

Əllidən artıq ölkədə imzalandı,  möhürlədi,

Hər gündə yüz dəfələrlə pozulmaqda sərhədlərim,

Güllələr altındadır şəhərlərim və kəndlərim.

 

Həmsərhədlər susub durur, güllə yağır başımıza,

Top tüfənglər atəş açır dağımıza, daşımıza.

Bundan sonra nə oyunlar açacaqlar başımıza,

Artıq səbir tükənibdir, İrəvana hücum, hücum!

“Lələtəpə” alınıbdır, “Ağlağan”a hücum, hücum!

 

Ey Paşinyan, kürsülərdən danışırsan, lobbilərə güvənlitək,

Baş nazirsən,  “siyasət”i aparırsan sponsorlu müğənnitək.

Öz xalqına, millətinə bəsdir daha gəlmə kələk,

“Nida!” deyildi  “nöqtə”nə, cavab verə bilmədin heç,

Qarabağdan əlini üz, göz yaşını tökməmiş köç!

 

Qərarları gözlədikcə torpaqlarım əldən gedir,

ATƏT, ABŞ, Fansa da nə istəyir onu edir.

Azərbaycan siyasəti “nazik bir sap üstə gedir”

Gözləməyək əmirləri, “hücuma keç” ya “dön geri”.

Əldə silah, benyində qan, qarşında daşnaq nökəri.

 

Dayan! Sənə son sözümdür, çəkil otur ulağına,

Sözlərimi təkrar oxu, sırğa elə qulağına.

Göz dikmə gəl, özgəsinin torpağına, bulağına,

O böyük Ermənistanı sil ömürlük yaddaşından,

Birdəfəlik cəhənnəm ol, bağ-bağçamdan, dağ-daşımdan.

 

Biz ölümə getməyəcək, öldürməyə gedəcəyik!

Qılınc, qalxan, top-tüfənglə düşməni məhv edəcəyik.

Balta, yaba, məngəl, bıçaq, hər nə tutacaq əlimiz,

Küt bıçaqla kəsəcəyik, daşnakların qulağını,

Daşımalı olacaqlar gəbərmişlər qalağını.

 

***

Bircə-bircə əzəcəyəm, onları mən ovcumda,

İnildəyib öləcəklər hər həmləmdə, hər hücumda.

Qoduqların nə işi var Cavanşirlər ocağında,

İlan başın əzən kimi başlarını əzəcəyik,

İrəvanda, Qarabağda biz asudə gəzməliyik.

 

Əsirlərin qanın alaq, quduzların canın alaq,

Qoy atılsın quyulara, cəsədləri qalaq-qalaq.

O, nankordur, oğru, yaltaq, nəsilləri çalaq-çalaq,

Diz altına alıb şirtək, nəfəslərin kəsməliyik,

İrəvanda, Qarabağda biz asudə gəzməliyik.

 

Babamın bir qılıncı var, saxlamışam qan almağa,

Torpağıma göz dikənçün saxlamışam can almağa,

İtiləyib saxlamışam, ürəyinə dərd salmağa,

Köhnə dostluq, qonşuluğu, yaxınlığı kəsməliyik,

İrəvanda, Qarabağda biz asudə gəzməliyik.

 

Nə deyəcək, cənab Makron, xanım Meykel, cənab Tramp,

Otuz ildir “çalışırlar” güllə səsi taramp-taramp.

Düşün qardaş, bu nifrətin, “siyasətin”  kələyin tap,

Ata, oğul Corc Buşların bəhanəsin kəsməliyik,

İrəvanda, Qarabağda biz asudə gəzməliyik.

 

Vartanyanın arzusunu ürəyində qoymalıyıq,

Dartanyanın… yanın, …yanın köksünə od qoymalıyıq.

Sarkisyanlar üzündəki maskanı biz soymalıyıq,

El-obadan qova-qova nəfəslərin kəsməliyik,

İrəvanda, Qarabağda biz asudə gəzməliyik.

 

Konqresmen kürsüsündən qoy hürsünlər uca-uca,

Qaçacaqlar torpağımdan lap tezliklə, uça-uça,

Zatulinin, Paşinyanın ümidləri çıxar puça,

Bu gün, sabah  biz yenə də Göyçəmizdə üzməliyik,

İrəvanda, Qarabağda biz asudə gəzməliyik.

 

***

Rəhbər məndə, alim məndə, ürək məndə, nərə məndə,

Birini boğ, birini kəs, yüzünü tut, sal kəməndə.

Rəhbərləri qaçacaqdır, canların al göy çəməndə,

Qalx ayağa, Atatürküm, Heydərimtək ulumuz var,

Bu bəladan qurtulmağa gücümüz var, yolumuz var.

 

Görürsənmi, ermənidən danışmıram, söhbət gedir daşnaqından,

Mən bu xalqın özünü də qurtaracam vəhşilərin caynağından.

Yaxasını alacağam birdəfəlik lobbilərin qaynağından,

Güya yazıq, məzlumdur o, gör nə qədər yaltağı var?

Alçaq, satqın, mənfur, oğru, quldur kimi sorağı var.

 

Ermənidən söhbət getmir, torpağıma göz dikəndən danışıram,

Ermənistan böyütməkçün sərhədləri sökənlərdən danışıram.

Əllərində top-tüfəngi, qanımızı tökənlərdən danışıram,

Güya yazıqdır, məzlumdur o, nə qədər ki yaltağı var,

Alçaq, satqın, mənfur, oğru, quldur kimi marağı var.

 

Gözü yaşlı, qəlbi dağlı erməniylə nə işimiz,

biz onlara toxunmarıq,

Körpəsinin, uşağının, qocasının günahı nə,

qadınlara toxunmarıq.

Biz qan içən deyilik ha, tarixlərdə

daşnaq kimi oxunmarıq,

Güya yazıq, məzlumdur o, gör nə qədər yaltağı var,

Alçaq, satqın, mənfur, oğru, adambaşı qorxağı var.

 

***

Sən yadından çıxarma ki, Azərbaycan əsgəri var,

Ürəyində nərə yatır, qol-qanadı, xəncəri var.

Ən müasir silahları, istehkamı, səngəri var,

Qaməti şux, yerişi düz, Azərbaycan əsgərləri,

Göndərəcək sizi gora, Azərbaycan igidləri.

 

Cəngavərdir, pəhləvandır, boyu boylardan uca,

Qaçışı güllədən betər, qolu yetər Murov quca.

Qəzəblənib bütün elim – nənə, baba, cavan, qoca,

Bu dərdlərə dözməyəcək Azərbaycan əsgərləri,

Çəkəcəklər sizi dara, Azərbaycan igidləri.

 

Nəfəsiylə od püskürür, gözlərində qığılcım,

Ümid yerim, güman yerim, qubarıma əlacım.

Təpərli dur torpaq üstə, keç hücuma: Hücum! Hücum!

Rahat yatın, əmin olun, Azərbaycan şəhidləri,

Qanınızı alacaqdır Azərbaycan igidləri.

 

Sən şir olsan, Beyrəkəm mən, sənə dağlar çəkəcəyəm,

Cəhənnəm ol vətənimdən, canına od tökəcəyəm!

İnşallah, torpağımda gül-çiçəklər əkəcəyəm,

Rahat yatın, əmin olun, Azərbaycan şəhidləri,

Qanınızı alacaqdır Azərbaycan igidləri.

 

Apreldəki zəfərləri unutmasın düşmən gərək,

Torpaqları qaytarmasaq, haram olar bizə çörək.

Dünən bizi öldürəni sabah gərək ölü görək,

Nədən, niyə uduzdular gec olacaq xəbərləri,

Qələbəni qazanacaq Azərbaycan əsgərləri.

 

Göz yaşını tökmə belə, ağlamağın hələ azdır,

Düşmənini məğlub elə, öz qəbrini ona  qazdır.

Məğlubiyyət sənədlərin, murdarlara özün yazdır,

Rahat yatsın, ruhu sakit, Azərbaycan şəhidləri,

Bu dərdlərə dözməyəcək, Azərbaycan əsgərləri,

Qarabağı alacaqdır Azərbaycan igidləri.

 

***

Bax, ölkəmin rəhbəri var, israrlıdır qərarında,

Alnı açıq, üzü ağdır millətinin qabağında.

Öz xalqının önündədir, ilin, günün hər anında,

Bir əmrini gözləyirik biz  Ali Baş Komandanın,

Qoy indidən düşünsünlər qəsbkarlar ölüm anın.

 

Ey daşlardan, dalğalardan, tufanlardan

sızıb gələn cəsarətim, qalx ayağa!

Koroğludan, Cavanşirdən, Babəkimdən

axıb gələn məharətim, qalx ayağa!

Ululardan, Boz qurdumdan, totemimdən

qopub gələn dəyanətim, qalx ayağa!

Torpağına, çaylarına vurğun olan

Azərbaycan məhəbbətim, qalx ayağa!

Komandanım əmr verib, ona əməl edərik biz,

ölümə yox, öldürməyə gedirik biz!

Sadiq Babaoğlu

Şərh Yaz