Gənc kulinarlarımız fərqləniblər

İsmayıllı Peşə Tədris Mərkəzinin aşpaz və turizmdə iaşə üzrə mütəxəssis qrupunun şagirdləri, istehsalat təlim ustası Elmira Hüseynova və ixtisas fənn müəllimi Sahib Əzizovla Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin, Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkilatçılığı ilə Azərbaycan Kulinarlarının Respublika Forumu çərçivəsində keçirilən təhsil alan gənc kulinarların III şirniyyat festivalında iştirak ediblər.
İsmayıllı PTM-nin komandası festivalda komanda işinə görə I, dada görə II , gigiyena tələbləri  və çeşidə görə III yeri tutublar.

Şərh Yaz