İsmayıllı könüllülərinin uğuru

İsmayıllı könüllülərinin uğuru

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzində 30 yanvar 2020-ci il tarixində “Aqrar inkişaf könüllüləri”nin fəaliyyəti ilə bağlı tədbir  keçirilib. Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar İnkişaf Mərkəzinin könüllüləri tədbirdə iştirak edib.

Tədbirin gedişində “Aqrar inkişaf könüllüləri” təşkilatının “Könüllülər ili” ilə əlaqədar xüsusi planı açıqlanıb.

Görüşdə könüllülüyün region gəncləri arasında təşviqi, geniş könüllü şəbəkəsinin formalaşdırılmasına dəstək məqsədilə uzunmüddətli proqramların icrası və digər məsələlərlə bağlı təkliflər müzakirə olunub.

2019-cu il ərzində Dövlət Aqrar İnkişaf  Mərkəzinin könüllüləri arasında fəallığı ilə seçilən könüllülərə təşəkkürnamə, hədiyyə, pul mükafatı verilib.

İsmayıllı DAİM-in könüllülərinin rəhbəri Aytac Kərimli də fərqlənənlər sırasında olub.

Şərh Yaz