Yaddas kitabcasi

Xocalıdan məcburi köçkün düşən şəhid ailəsini ziyarət etdilər

Xocalıdan məcburi köçkün düşən şəhid ailəsini ziyarət etdilər

 

İsmayıllı rayon Gənclər və İdman idarəsinin əməkdaşları Xocalı soyqırımının  28-ci il dönümü ərəfəsində rayonun Ruşan kəndində  müvəqqəti məskunlaşmış Xocalıdan məcburi köçkün düşən şəhid ailəsini ziyarət ediblər.
Ailə başçısını itirmiş Xocalı hadisələrinin canlı şahidi olan, indi ailəyə başçılıq edən Bəndəliyeva Bəsti Məşdi qızı İsmayıllı rayon Gənclər və İdman idarəsinin kollektivinə gördüklərindən ürək  ağrısı ilə söz açıb.
Xocalı Soyqırımında baş verən vəhşiliklər, qətliamlar onun ailəsindən də  yan ötməyib. Bəsti xanımın qardaşı David Haqverdiyev Milli Qəhrəman Əlif Hacıyevlə çiyin-çiyinə düşmənə qarşı müqavimət göstərərək böyüyüb başa çatdığı torpaqların müdafiəsinidə mərdliklə dayandı.
Tarixi düşmənlərimiz olan ermənilər qarşısında geri çəkilməyən qardaşlar – David və Şahin Haqverdiyevlər son damla qanlarınadək Azərbaycanın ərazi bötövlüyü, müstəqilliyi, soydaşlarımızın xilası naminə vuruşmuş, mərdliklə həlak olmuşlar. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni vəhşiliyi, qaniçənliyi qardaşların gənc həyatını yarıda saxlamışdır.
Dövlətimizin, cənab Prezident İlham Əliyevin qayğısından razılıqla danışan Bəsdi xanım doğma torpaqlarına qayıtmaq ümidi və inamı ilə yaşayır.

Şərh Yaz