Yaddas kitabcasi

Tədbir faciənin 30 illiyinə həsr olunub

Yanvar ayının 17-də İ.Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş dəyirmi masa təşkil olunub.

Tədbirdə məktəbin şəhid məzunu Ruslan Bədəlovun anası və qardaşı, Qarabağ qaziləri Əlisahab Əzizov və Şəmistan Əsgərov,  Rayon Ağsaqqallar Şurasının sədri Valeh Salehov, Təhsil Şöbəsinin metodisti İlham Vahabov, QMƏVŞAİB-nin sədri Vidadi Zərbiyev, məktəbin direktoru Gündüz Qədirov, müəllimlər və şagirdlər iştirak edib.

Tədbiri giriş sözü ilə məktəbin direktoru Gündüz Qədirov açıb. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra məktəbin tarix müəllimi Təranə Məmmədova 20 Yanvar faciəsi ilə bağlı məruzə edib. Qonaqlar, müəllimlər və şagirdlər mövzu barədə çıxışlar edib, Azərbaycanın müstəqilliyi uğrunda şəhid olanların heç vaxt unudulmayacağını diqqətə çatdırıblar. Şagirdlər tərəfindən söylənilən şeirlər, nümayiş etdirilən kompazisiya mübarizə ruhunu əks etdirib.

M.Nəbiyeva

Şərh Yaz