Xalq-dövlət birliyi bəyənilir və dəstəklənir

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən İƏD üzrə nümayəndəliklərdə yanvar ayının 8-dən 30-dək “Yerli icra hakimiyyətləri haqqında” Əsasnaməyə uyğun olaraq müəyyən olunmuş vəzifələrin icrası ilə əlaqədar “2019-cu ildə görülmüş işlər və 2020-ci ildə qarşıda duran vəzifələr”lə bağlı hesabat yığıncaqlarının keçirilməsi başa çatdırılmaq üzrədir.

Hesabat yığıncaqlarında rayon İcra Hakimiyyətinin başçısı, İcra Hakimiyyəti başçısının müavinləri, İcra Hakimiyyəti başçısının yanında Şuranın üzvləri və aparatının məsul işçiləri iştirak ediblər.

Yanvar ayının müxtəlif tarixlərində rayonun bütün kənd İƏD üzrə nümayəndəliklərində hesabat yığıncaqları yüksək səviyyədə keçirilib.

Hesabat yığıncaqlarında nümayəndəliklərdə yola saldığımız ildə görülmüş işlər müzakirə olunub, yeni ildə qarşıda duran vəzifələr müəyyənləşdirilib. Hesabat yığıncaqlarında yerli icra nümayəndəliklərinin illik fəaliyyəti vətəndaşlar tərəfindən müsbət qiymətləndirilib.

Vətəndaşların yığıncaqlarda qaldırdıqları həlli vacib məsələlər, mövcüd sosial-iqtisadi problemlər yeni ilin fəaliyyət planına daxil edilməklə həll olunacaqdır.

Hesabat yığıncaqlarında əhalinin fəal iştirakı göstərir ki, xalq-dövlət birliyi bəyənilir və dəstəklənir.

Ehtiram Manafov

 

Şərh Yaz