Yaddas kitabcasi

Davamlı inkişaf dəstəklənir

Yanvar ayının 29-da İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov  rayonun Soltankənd kəndində sakinlərlə görüş-qəbul keçirib.

Görüşü giriş nitqi ilə açan M.Sadıqov ölkənin sabitliyi və təhlükəsizliyi, davamlı inkişafı, əhalinin sosial həyatının daha da təminatlı olması üçün cənab Prezident İlham Əliyevin uğurlu daxili və balanslaşdırılmış xarici siyasətinin yüksək nəticələrindən ətraflı danışıb. Bildirib ki, ismayıllılar bir nəfər kimi cənab Prezidentin tapşırıq və göstərişlərini, Dövlət Proqramlarını məsuliyyətlə icra edir. Nəticələr isə göz qabağındadır.
Görüşdə çıxış edənlər ilk növbədə kəndə mavi yanacaq verilməsi ilə əlaqədar, Prezident cənab İlham Əliyevə, bu işdə zəhməti olanlara dərin minnətdarlıqlarını bildiriblər.  Təşəkkür və razılıqlarla bərabər əhalinin içməli suya olan tələbatının ödənilməsi, istismar müddətini çoxdan başa çatdırmış bir neçə elektrik dirəyinin dəyişdirilməsi, zəif gücə malik elektrik transformatorunun güclüsü ilə əvəzlənməsi kimi təklif və  şikayətləri diqqətlə dinləyən RİH-nin başçısı M.Sadıqov hər bir məsələ ilə əlaqədar konkret tapşırıqlar verib.

Ş.Soltanov

Şərh Yaz