Azadlıq qorunmalıdır

17 yanvar 2020-ci il tarixdə İsmayıllı rayonunun Diyalli kənd tam orta məktəbində 20 Yanvar qırğınının 30 illiyinə həsr edilmiş tədbir keçirilib.

Tədbirə məktəbin müəllim-şagird heyəti, texniki işçiləri ilə yanaşı, kəndin digər idarə və müəssisələrində çalışanlar, eləcə də kənd sakinləri qatılıb.

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqov və müavini Sevil Əhmədovanın da  tədbirdə  iştirakı toplantını maraqlı və yaddaqalan edib.

Başçı 20 Yanvar hadisələrinin canlı şahidi kimi şagirdlərə ətraflı məlumat verib. Azadlığın, müstəqilliyin qan bahasına qazanılmasını, onu qorumağı, qədrini, qiymətini bilməyi tövsiyə edib.

Tədbirdə 20 Yanvar faciəsinin istirakçı veteranı, Diyallı kənd sakini Əlizadə Salehov da çıxış edib. Təsadüf nəticəsində sağ qaldığını, törədilən hadisənin amansızlığı, rus-erməni əsgərlərinin qəddarlığını bir daha şagirdlərin, tədbir iştirakçılarının nəzərinə çatdırıb.

İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucovun, şöbənin metodistləri Rəna Mirzəliyeva, İlham Vahabov, Gənclər və İdman İdarəsinin isçilərinin iştirakı və çıxışları da tədbiri yaddaqalan edib.

Məktəb şagirdlərinin göstərdiyi kompozisiya, şagirdlərin ifasında səslənən şeirlər, laylalar, səhnəciklər tədbir istirakçılarında duyğusal hisslər, hadisələri törədənlərə qarşı nifrət, qəzəb hissi yaratmaqla bərabər onları sanki həmin günlərə qaytarıb.

Məktəbdə 20 Yanvarın 30 illiyinə həsr edilmiş inşa yazı müsabiqəsi keçirilib, ən yaxşı rəsm nümunələrindən ibarət guşə də yaradılıb.

Tədbirin sonunda məktəbin direktoru Şəmsiyyə Əhmədova RİH başçısı Mirdaməd Sadıqov başda olmaqla gələn qonaqlara təşəkkürünü bildirib.

Tərbirdə torpaqlarımızın azadlığı uğrunda şəhid olan 6 nəfər şəhid məktəb məzunun adı iftixarla çəkilib.

Sonda tədbir iştirakçıları həmin şəhidlərin qəbirlərini ziyarət ediblər.

Ş.Əhmədova,

məktəbin direktoru

Şərh Yaz