Təbliğat və təşviqatın ilkin mərhələsi başa çatdırılıb

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının İsmayıllı rayon şöbəsi 9 fevral 2020-ci il tarixdə keçiriləcək parlament seçkilərinə “Daha güclü Azərbaycan naminə” devizi altında təbliğat-təşviqat kampaniyasına start verərək namizədliyi partiya tərəfindən irəli sürülmüş Muradov Zaur Fazil oğlunun seçki plakatlarını Seçki Məcəlləsinin tələblərinə uyğun müəyyənləşdirilmiş müvafiq ərazilərdəki lövhələrdən asmaq prosesini başa vurub.

YAP Mərkəzi Seçki Qərargahı İsmayıllı rayon şöbəsi tərəfindən təbliğat-təşviqat işlərinin yüksək səviyyədə təşkili üçün bütün seçki proseduraları uğurla davam etdirilir.

Rayon təşkilatı əmindir ki, əvvəlki illərdə olduğu kimi, fevral ayının 9-a müəyyən edilmiş seçkilər də yüksək səviyyədə, Azərbaycan Respublikasının Konstitusiyasının tələblərinə, Seçki Məcəlləsinə və onun təlimatlarına uyğun, şəffaf və demokratik şəkildə  keçiriləcəkdir.

İ.Əhmədli

 

Şərh Yaz