Vətənə məhəbbət, düşmənə nifrət hissi ilə

İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin müəllim və tələbə heyəti  Qanlı Yanvar hadisələrinin 30 illiyinə həsr olunmuş tədbirdə fəal iştirak edərək yüksək vətənpərvərlik ruhuna sahib olduqlarını nümayiş etdiriblər.

Rayon ictimaiyyəti tərkibində rayondakı Şəhidlər xiyabanını ziyarət edən gənclər axıdılan qanların qisasını alacaqlarına,  tezliklə düşmən tapdağında olan  torpaqlarımızın azad ediləcəyinə ümidvar olduqlarını bildiriblər.

Vətənə məhəbbət, düşmənə nifrət hissi ilə tərbiyə olunan gənclərimizə inanır, onların  gələcəyə olan  baxışlarından qürur duyuruq.

M.Ağayev

Şərh Yaz