Seçki hüquqları barədə maarifləndirici görüş

İsmayıllı Rayon Gənclər və İdman İdarəsi (Gİİ) “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq yarımbəndinin icrasını təmin etmək məqsədi ilə  İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində (İDHTK) maarifləndirici görüş keçirib.

Görüşdə məqsədi ilk dəfə səs verən gənclərin seçki proseduru ilə bağlı maarifləndirilməsi, infor­ma­siya çatışmazlığının aradan qaldırılması, gənclərin seçkilərdə aktiv iştirakına və vətəndaş cəmiyyətinin inkişafına töhfə vermək olub.

86 saylı Dairə Seçki Komissiyasının (DSK) nümayəndəsi Məmmədov Hacıməmməd, İDHTK-nin gənc müəllim kollektivi və 40 nəfər tələbəsi  iştirak edib. Tədbiri giriş sözü ilə açan Gİİ-nin rəisi Taleh Salehov keçirilən tədbirin mahiyyətini açıqlayıb.

DSK-nın nümayəndəsi H.Məmmədov gənclərə 9 fevral 2020-ci il tarixdə keçiriləcək  Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər haqqında, seçki hüququndan düzgün istifadə etmə qaydaları, səsvermə günü necə səs vermə, ümumilikdə seçkinin əhəmiyyəti, ölkənin iqtisadi-siyasi mənzərəsi, gənclərin inkişafı üçün mövcud olan imkanlar və s. digər maraq kəsb edən mövzular haqqda məlumatlar verib.

Mövzu ətrafında gəncləri maraqlandıra  suallar cavablandırılıb.

İsmayıllı xəbərləri”

 

Şərh Yaz