Suverenlik və azadlıq uğrunda

18 yanvar 2020-ci il tarixində İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbin tədbirlər planına uyğun məktəbin akt zalında “20 Yanvar – Xalqımızın qəhrəmanlıq tarixinin şanlı səhifəsi” mövzusunda tədbir keçirilib. Tədbirdə şəhərin digər məktəblərinin müəllim və şagirdləri ilə yanaşı Rayon Təhsil Şöbəsinin əməkdaşları – Əməkdar müəllim, tarixçi Ramiz Baloğlanov və RTŞ-nin metodisti Rəna Mirzəliyeva da iştirak edib.
Tədbirdə çıxış edən məktəbin tarix müəllimi Bəxtiyar Fərəcov 20 Yanvar faciəsinin tarixi məqamlarından danışaraq, bu tarixin xalqımızın taleyində ən şərəfli bir gün olduğunu qeyd edib. Çünki həmin gün xalq bir yumruq kimi birləşərək, tankların, təpədən dırnağadək silahlanmış ordunun qarşısına əliyalın çıxmağa özündə cürət tapıb və suverenliyini, azadlığını əldə edib.
Tədbir iştirakçıları sonda müxtəlif məktəblərin şagirdlərinin birgə hazırladıqları ədəbi-bədii kompozisiyaya tamaşa ediblər.

S.Mirzəyeva,

ktəbin müəllimi

Şərh Yaz