Sözə söykənən insan

“Dünya bir pəncərədir, hər gələn baxar gedər”. Bu sözlərdə dərin və ibrətamiz məna var. Baxmağına hamı baxır… Amma hara baxır, necə baxır! Əsl insan özündən sonrakı nəslin baxmağı üçün bir iz, görüb-götürmək üçün pak əməl, yaxşı ad-san qoyub gedir. Bunun üçün dahi, alim olmaq da lazım deyil, sadəcə, ulu Tanrının verdiyi ömür payını, keçirdiyin həyat yolunu  vicdanla, şərəflə, ləyaqətlə yaşamaq kifayət edir.

Vicdanla, şərəflə yaşamağı isə hamı yox, bu keyfiyyətlərin qanından, genindən, əsil-nəcabətindən gələnlər, daxili dünyası xeyirxahlıqla, mənəvi sərvətlə, sevgi ilə dolu olanlar bacarır.

Hər bir insanın ömür yolu maraqlı bir romanın mövzusudur. Yollar müxtəlif, bir-birindən fərqlidir. İnam, əqidə, mənlik, məslək yolu var. Eləcə də insanları birləşdirən və ayıran yollar var. Əsas odur ki, öz yolun olsun, bu yolu tutub gedəsən, yolunu azmayasan. Bir yol da var, adı ömür yoludur. Bu yol hər kəsin özünə məxsusdur. Bu yolla Haqqa doğru gedən insanlar haram tikə yeməz,  həyatlarının mənasını vətənə, xalqa  xidmət etməkdə görər və şəxsiyyət kimi yetişərlər. Bu yolla mənzilə çatmaq üçün mürəkkəbliklərdən keçib, xalqa arxalanmalı, ağlının gücündən istifadə etməlisən. Eldə sel gücü var. Atalar əbəs yerə deməyiblər, dayağı dağ olanın, başı göylərə dəyər.

Haqqında söhbət açacağım insanı çoxdan tanıyıram. Dünyanın ağrı-acılarını köksündə gəzdirməyi bacaran, son tikəsini belə heç kimdən əsirgəməyən, qonaqpərvər, əliaçıq, işinə məsuliyyətlə yanaşan bu eloğlumuz öz sözü, öz yolu olan, yaradıcı ziyalılarımızdan biridir.

Onun söz qarşısında məsuliyyət hissi var, o, sözə dəyər verir. Sözü kəsərdən düşməyib, qələmi korşalmayıb, duyğuları tükənməyib, qəlbi əvvəlki kimi hərarətli, alovludur hələ onun. İllər onu yox, o illəri yorub. İllər onun nəfəsinə, ilhamına, duyğularına toxuna bilməyib hələ…

Bu arada yubiley yaşı olacağını bilib, onunla görüşüb, söhbət etmək fikrimi dəqiqləşdirdim. Onu yaxşı tanıdığımdan bu üzü ağ, sözü bütöv ziyalı haqqında yazmaq fikrinə düşməkdə də özümü haqlı bildim.

O, örnək olacaq bir ömür yaşayıb, başqalarına yol göstərib, ömründən pay verib. Haqlı olaraq bu gün başı uca gəzir, hamının üzünə, gözünə dik baxır.

Hələ sovet dönəmində fəhlə, müəllim, məktəb direktoru, metodist, rayon qəzetində müxbir, texniki peşə məktəbində müəllim, şəhər bələdiyyəsində üzv və nəhayət 86 saylı DSK-da üzv olduğu illərdə həmişə düz əqidəsi, sadəliyi ilə tanındı. Çalışdığı işlərə hörmət və dəyər gətirdi. Ləyaqətlə xalqa, gələcəyimizə qulluq etdi, ona etibar olunan bütün sahələrdə milli-mənəvi dəyərlərimizi gözünün üstündə saxladı, heç vaxt ad-san, şan-şöhrət dalınca qaçmağı ağlına belə gətirmədi.

Sözə söykənən bu ləyaqətli ziyalı Hacıməmməd Mirzəməmməd oğlu Məmmədovun da ömür yolu şərəfli və nəcib bir ailədən başladı. 70 il əvvəl – 1950-ci ilin fevral ayının 4-də dünyaya gələn körpəyə  dilə, ürəyə yatan, Allah tərəfindən də bəyəniləcək gözəl adlardan birini seçib verdilər. Adını valideynləri, taleyini Allah verdi, əməlləri və şəxsiyyəti sayəsində isə bizim tanıdığımız, dərin hörmət bəslədiyimiz, adı görkəmli ziyalılarımızla bir sırada çəkilən, ömrün müdriklik zirvəsində olan Hacıməmməd müəllim kimi yetişdi. O, ədəbiyyat adamıdır, oxucu qəlbinə yol tapan publisist, şairdir. Yaradıcı ruha malik insandır. Ömrünün əlli ildən çoxunu  mətbuata həsr edib,  yazıb, yaradıb.

Beləliklə, onunla söhbətimizi oxucularımıza təqdim edirik:

– Uşaqlıq illəri hər bir kə doğmadır, sizinçün o illər necə yadda qalıb?

– Heç uşaq olmuşam ki, ayağım yer tutandan çalışmışam, qoyun-quzu dalınca, meşədən odun, təndir qalamaq üçün şax gətirmişəm. Oyuncağım balta, dəhrə, dəryaz olub. On yaşım olanda anam Ceyran xanımı, 1965-ci ilin oktyabrında atam Mirzəməmməd kişini itirmişəm. Hər hansı problemim olduqda kimsəyə söyləməmişəm. Bu gün də beləyəm. Çalışmışam olan problemlərimi özüm həll edim. Böyümüşəm, bütün uşaqlar kimi məktəbə getmişəm. Anadan olduğum Pirəqanım kəndində məktəb yox idi. İbtidai təhsilimi Bağəli kəndində, ümumi orta təhsilimi Müdri kəndində almışam. Bayram və istirahət günlərində ev işlərində böyük ailəmizə köməklik etmişəm. Mənə “dərsini oxu” – deyən olmayıb. Özüm oxumağın üstünlüklərini anlamışam. Tək gedirdim Müdri kəndinə, yol da kolluqlardan, meşəlikdən keçirdi. Səkkiz kilometr məsafə idi. Amma hər dərs günü məktəbə hamıdan əvvəl çatırdım. Balaca olduğumdan, həm qorxmayım deyə, müdrili Müseyib əmi (Allah rəhmət eləsin) öz qoşalülə tüfəngini qatarı, patronu ilə birlikdə mənə etibar edərdi. İndi elə kişilər varmı?! Mən də etibar olunan tüfəngi özümlə aparıb-gətirər, yenə məktəbdən çıxdıqda Müseyib əmi məni yedirib-içirdər, tüfəngi mənə verərdi.

– Bəs keçmişi xatırlayanda hansı hadisə yadıza düşür ki, onu heç vaxt unuda bilmirsiniz?

– Şirin xatirələrim də var, acıları da. İllər necə gəldi, necə keçdi bilmədim. Bu yetmiş il ömrümün hamısıdır, yarısıdır, onu da bilmirəm. Bildiyim bircə odur ki, ürəyimdən keçənlərdən heç yüzdə birini görmədim. Ləyaqətimi, adımı qorudum. Vəzifə, şöhrət arxasınca qaçmadım. Yaşadığım bu illərdə hər cürə üz gördüm. Seviləsi də, söyüləsi də. Unuda bilmədiyim isə anasız, atasız, bir də  işimdə itirdiyim günlərdir. Özümdən çox başqalarını düşündüm, günlərimi, aylarımı fərqinə varmadan hamı üçün xərclədim. Bir də Lahıc qəsəbə tam orta məktəbində oxuduğum illər, sinif yoldaşlarım, tələbə dostlarım həmişə xatirələrimdə yaşayırlar. Onlardan dünyasını dəyişənlər də var. (Allah rəhmət etsin). Bu gün çalışanlar da var…

– Hərbi xidmətiniz necə keçib? Təlik illərinizdən danışardız?

– Hərbi xidmətdə orta məktəbi bitirdikdən sonra olmuşam. Rusiyada Kaluqa vilayətinin Kozelski şəhərində sovet ordusunda xidmət keçmişəm. Komandirlərim rus və ukraynalılar idi. 1970-ci ildən ordudan tərxis olunaraq, Gəncə Dövlət Pedaqoji İnstitutuna imtahan verib, dil-ədəbiyyat fakültəsinin əyani şöbəsinə qəbul olunmuşam. İnstituta qəbul olunduğum ilk dərs günü institutun professoru, yazıçı, dramaturq, ədəbiyyatşünas Altay Məmmədov (Ruhu şad olsun!) bizə ilk məruzəsini söyləyirdi. O, məruzəsinə başlayarkən üzünü tələbələrə tutub dedi ki, beş ildən sonra sizlərin çoxu müəllim kimi sinfə daxil olacaq, müəllim kimi fəaliyyətə başlayacaqsınız. Odur ki, yaxşı oxuyun, savadlı və elmli olun. İxtisasınızı dərindən mənimsəyin. Qoy kitablar sizin ilk bələdçiləriniz olsun! Müəllim şərəfli addır. Bu adı həmişə uca tutun. Ailə vəziyyəti ilə əlaqədar bir il sonra əyani fakültədən qiyabi fakültəyə keçdim. Sənədlərimi toplayıb Rayon Xalq Maarif Şöbəsinə verdim. 1972-ci ilin  sentyabrından Mücühəftəran kənd səkkizillik məktəbinə ixtisasım üzrə müəllim təyin olundum.  Tələbəlik illərinin ən gözəl xatirələri də elə bundan sonra başladı. Qrup üzrə tələbə həmkarlar təşkilatının sədri seçildim. İnstitutda çıxan “Yüksəliş” qəzetinin ştatdankənar müxbiri, tələbə elmi şurasının üzvü seçildim. Oxuya-oxuya müəllim oldum…

– Sizə sevgi necə bir hissdir? Ailəniz həyatızda hansı yeri tutur?

– Sevgi zaman çərçivəsində baş verən tarixi bir hadisədir. Sevgi ciddi bir hissdir. Uşaqlıq sevgisi heç bir məsuliyyət duyulmayan sevgidir. Sonu düşünülmüş, amma, həyatı dərk etdikdən sonra məsuliyyətin artır. Hər insan özü seçir öz yolunu. Hər insan özü seçir öz həyat yoldaşını. Hər əldən tutmayın. Tutuduğunuz əli buraxmayın. Xoşbəxt olmaq çox asandır. Pul, şöhrət hamısı yalandır. Gərək qadını “qadın”dan ayırmağı bacarasan. Gərək kişini “kişi”dən seçə biləsən. Əsl kişilər heç vaxt arvad kimi qeybət etmir və heç bir kişinin çörəyinə dəymir. İndi o qədər çörək itirənlər var ki. Əsl kişilərin bir sifəti olur, kişi kimi yaşayır, kişi kimi də ölür. Ailə həyatda mənim üçün müqəddəsdir. Həyat yoldaşım, uşaqlarım və nəvələrim mənim həyatımdır. İki oğlum, bir qızım və beş nəvəm var.

– Siz yüksək məniyyət və qabiliyyətinə malik “Təqqi” medallı ziyalız. Necə oldu ki, yetmiş yaşıza kimi çalışmadız? Müəllimlik sizədir?

– Adamların bəzisi mənsəb, ad-san, dövlət və şöhrət düşkünü olur. Mən heç vaxt bu istəklərə qulluq etməmişəm. Qibtə etmişəm, amma, kiməsə paxıllığım olmayıb. Paxıl adamlarda hər cür hərislik olur. Onlar pis əməldən tövbə edə bilməz, çünki, təbiətləri belədir. Sadə olmuşam, hamıya özüm kimi inanmışam. Bu səbəbdən uduzduğum vaxtlar da olub. Kifayət qədər rahat adamam. Dedilər: Dur qırağa, durdum. Görünür kimlərinsə işi belədə düzəlirmiş. Heç nə itirməmişəm. Görünür, belə bir işdə heç qazanan da olmayıb…

Müəllim mənim üçün ideal şəxsiyyət, müəllimlik isə qəlbimdə heç zaman sönməyən parlaq bir ziya ocağı olub. Müəllim müqəddəslik, ucalıqdır. Bu ad şərəfli olduğu qədər də məsuliyyətlidir. Müəllim əxlaqlı olmalı və bu yolu axıra qədər getməlidir. Bu sualın cavabı ola biləcək bir sıra fikirlərə vaxt ayırmıram. Bir onu bilirəm ki, vicdanla işləmişəm.

– Müəllimləriniz hansı xarakterləri və qabiliyyətləri ilə yaddaşızda qalıb?

– Məhəmmədəli Məmmədəliyev, Cahangir Qasımov, Ələkbər və Əlövsət Talıbovlar, Ənvər Balayev, Hüseyn Axundov, Hüseyn Dəmirov, Vahab Vahabov, Ərəstun Əlizadə, Əbülfəz Həşimovun adlarını çəkmək istərdim. Onlar dərsi elə keçirdilər ki, 45 dəqiqənin necə ötməsindən xəbərimiz olmazdı. Tənəffüs zamanı da çox vaxt sinifdən çıxmırdıq. Hər müəllim  ayrı-ayrılıqda öz fənnini sevdirirdi. Heç vaxt artıq hərəkətlərə yol verməzdilər. Ata, ana timsallı əsl müəllim idilər. Şagird və valideynlərdən hədiyyə gözləməzdilər. Mənə görə, dünyanın ən yaxşı müəllimləri adları yuxarıda çəkilənlərdir. Mən də əsl müəllimə xas xüsusiyyətləri onlardan əxz etmişəm.

– Sizcə xoşxtlik nədir? Həyatda haqsızlıqlar, ədalətsizliklərlə üzləşmisinizmi? Kimlərsətrinəyibmi?

– Xoşbəxtlik mənim üçün sevib-sevilməkdə, can sağlığında və Allahıma varlığıma görə şükür etməkdir. Zeynəb Xanlarovanın oxuduğu mahnılardan birində belə bir misra var. Onu dinlədikcə dinləmək istəyir adam. “Dünyanın xoşbəxti mənəm dünyada!” Bu sözü, etirafı şəxsən mən özümə də aid edə bilərəm. Yaşayıramsa, sevirəmsə, ailəmlə birlikdəyəmsə, deməli xoşbəxtəm. Sərvəti ilə deyil, xeyirxah əməlləri ilə  zəngin olanlar xoşbəxtdirlər. Dünyada yalnız yaxşılıq qalacaq, odur ki, mən xoşbəxtliyi elə yaxşılıq etməkdə görürəm. Elə məsələlər var ki, onun qarşısını heç bir qüvvə ala bilmir. Məsələn təbiətdə baş verən təbii fəlakətlərin qarşını heç nə ala bilməz. Həyatdakı bəzi hadisələr bu təbii fəlakətlər kimi bir şeydir. Olur və keçir. Heç vaxt kimlərinsə kölgəsində yaşamamışam. Qarışqanı fil edə bilməmişəm. Məni yaxından tanıyanlar, yaxşı bilirlər ki, çox həssas insanam. Heç vaxt heç kimin qəlbinə dəymərəm. Kimsə mənə hansısa pisliyi edirsə, mən onu Allaha tapşırmışam. Düşmənimi belə bağışlamağı bacaran, pisliyə yaxşılıqla cavab verən insanam. Heç kimə qarşı kin bəsləyib, qəlbimi kirləndirməmişəm.

– Hacımməd müəllim, maraqlanmışam, internet istifadəçisi deyilsiniz. Nə əb?

– Bir dəfə facebookda səhifə açdım və bir həftə sonra bağladım. Kompüterim var, evdə internet də var. Amma çox istifadə etmirəm. Müəyyən xəbər və hadisələri oxuyuram.

– İnsanlar bir qər dər verməyi unudurlar, bu barə deyərdiniz?
– Bu gün insanların bir-birinə olan münasibətləri çox şeydən xəbər verir. Bizdə “salam” problemi var. Bizdə “təşəkkür” problemi var. Biz bir-birimizə salam vermək istəmirik. Bir-birimizə yaxşılığa görə təşəkkür etmək istəmirik. Biz bu gün bir-birimizə hörmətlə yanaşmırıq. 45 il işlədim, sonda əlimi sıxıb bir sağ ol deyən də olmadı… Bunsuz da keçinirik. Amma niyə belə olmalıdır? İnsanlar olub keçmişləri nə tez unudurlar? Təkəbbür insana ucalıq gətirməz. Yüksək vəzifə, ad-san qazanmağın yolu çoxdur. El sevgisini qazanmaq isə halallıqdan, düzlükdən, sadəlikdən və səmimiyyətdən keçir.

Bu gün cənab Prezident, ölkəmizin rəhbəri İlham  Əliyev, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva hər gün işgüzarlıqları, sadə rəftarları ilə bizə nümunə göstərirlər. Gördüyümüz yaxşılıqları nümunə olaraq götürə bilməməyimiz çox təəccüblüdür.

Hamımız Allahın bəndələriyik, hamımızı Allah yaradıb, heç kim  heç kimdən nə artıq nə də əskik deyil. Vəzifə ona görə verilir ki, xalqına, insanlara xidmət edəsən. Vətənini, dövlətini necə sevdiyini işinlə, əməlinlə təsdiqləyəsən. Təəssüf ki, bəziləri hər şeyi özünə sərf edəcək şəkildə qəbul edir. Ocağın kənarında durubsa, odu öz qabağına çəkir…

– 70 illk ör yolunuzu və  45 illik fəaliyyətinizi vəqlədikcə düşürsüz?

– Şükürlər olsun ki, 70 ili dünyadan qopara bildim. Şərəfli yolun 45 ilini fasiləsiz, qüsursuz, ləyaqətlə yerinə yetirdim. Heç vaxt heç kimdən təmənnam olmadı.  Kiməsə söykənib yaşamadım. Öz işim, öz sözüm, öz yolum oldu. Uğurlarım da az olmadı. Öz zəhmətim sayəsində çox uğurlara imza atdım, hamının üzünə təmiz niyyətlə baxdım, bir sifətim oldu. Ailəmi, dövlətimi, işimi, yaxşıları sevdim. El üçün, torpaq üçün yandım, “Səndən başqa bir sevdiyim bəndə yox” şeirlər kitabım, “Ziya ocağı”,  “Həyata sığmayan ömür”, ixtisasım üzrə dərslik və metodik vəsaitlərin,  V-XI siniflər üzrə Azərbaycan dili və ədəbiyyatdan test kitablarım, “Eldən gedən oğul”, “Uğur yolları” həmmüəllifli kitablarim işıq üzü gördü. Kütləvi İnformasiya Vasitələri  İşçilərinin Həmkarlar İttifaqı rəyasət heyəti  məni “Qızıl qələm” mükafatı ilə təltif etdi… Amma fəaliyyət illərimi düşündükcə xalq şairimiz Bəxtiyar Vahabzadənin bu misraları yadıma düşür:

Kimi gəlir bu dünyanın,

Nəşəsini yaşamağa.

Kimi gəlir bu dünyanın,

rdlərini daşımağa.

Kimi gəlir bu dünyadan,

Umduğunu görmə.

Kimi gəlir bu dünyaya,

Öz odundan nur vermə.

Kimi gəlir bu dünyada,

Olanlara daş atmağa.

Kimi gəlir bu dünyada,

Olmayanı yaşatmağa.

Mən nur payladım, ümid verdim, minlərlə gənci pərvazlandırıb uçurtdum.

– Hacımməd müəllim!  Sizin bök üyiniz, bök istedadız vək səmimiyyətiniz var. Allah Tala heçr adama göl dərlərin cəmini bağışlamır. Allah ancaq sevdiyi və qoruduğu insanlara bu qər dər verir. Sizin dəriniz Allah təfindən verilib, əliniz qəm tutandan haqqı, ədaləti, gerçəkliyi vəzlüsf etmisiniz. Siz bu dünyaya oğul kimi gəlib,  kişi kimi yaşayırsız. Əlbəttə, bir qəzet yazında ör yolu örnək olan bir insanın məziyyətlərindən əhatəli danışmaq mümkün deyil.  Siz  bu gün dəvi cətdən zəngin, sağlam, üyi xeyirxahlıqlarla dolu günlər yaşayanlardansız. Bu münasibətləm dostlarız adından sizi təbrik edir, sizəhkəm can sağlığı, yaradıq uğurları arzulayıq. Müsahibə üçün də sağ olun.

– Siz də sağ olun.

Xalıq Xalıqov,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Şərh Yaz