Şəhidlərin əziz xatirəsi yad edilib

Azərbaycan çox fədakar və bir çox zülmətlər görmüş xalqdır. Keçmişdə xarici ölkələrin təcavüzünə məruz qalan bu xalqın çox itkiləri olub. Belə faciələrdən biri də 20 Yanvardır. Azərbaycan xalqının tarixinə 20 Yanvar hadisəsi Qanlı Yanvar faciəsi kimi daxil olub. Yanvar hadisələrindən 30 il keçir. Keçmiş sovet dövlətinin hərbi maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qanlı divan tutulması, kütləvi terror nəticəsində günahsız insanların qətlə yetirilməsi mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

Ölkəmizin bütün şəhər və rayonlarında Şəhidlər xiyabanı mövcuddur. 20 Yanvar faciəsinin hər ildönümüdə yerli sakinlər həmin xiyabanlara gedib şəhidlərin məzarlarını tər-çiçəklərlə ziyarət edir, öz ehtiramlarını bildirirlər.

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar olaraq, Zərnava İƏD-də anım mərasimi tədbirləri təşkil olunub. 20 Yanvar şəhidlərin əziz xatirəsi yad edilib.

Namiq Aslanov

 

Şərh Yaz