Yaddas kitabcasi

Ucqar kəndlərdə uşaqlara bayram hədiyyələri verilib

Yeni ilin gəlişinə hamıdan çox uşaqlar, məktəblərin aşağı sinif şagirdləri sevinirlər. Elə bu səbəbdən də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü və dəstəyi ilə İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları 28-30 dekabr 2019-cu il tarixlərində İsmayıllı rayonunun ən ucqar kəndlərinə səfər ediblər.

Rayonun Gəraybəyli, Mollaisaqlı, Qalacıq və Əhən kəndlərində Şaxta baba ilə bərabər olan Gİİ-nin əməkdaşları həmin kəndlərin ibtidai sinif şagirdlərinə bayram hədiyyələri təqdim ediblər.

Hədiyyə alanlar Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik ediliblər. Onlara təhsildə və həyatda uğurlar arzulanıb.

Dövlətin hərtərəfli qayğısı ilə əhatə olunan uşaqlar, onların valideynləri və müəllimləri humanitar aksiyaya görə təşkilatçılara dərin təşəkkürlərini bildiriblər.

Elmi Məmmədli

Şərh Yaz