Məqsəd sosial-iqtisadi inkişafa nail olmaqdır

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin həftəlik tədbirlər planına uyğun olaraq 29 dekabr 2019-cu il tarixdə Heydər Əliyev Mərkəzində İƏD-lər üzrə nümayəndələrin iştirakı ilə seminar keçirilib.
RİH başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov əvvəlcə 31 Dekabr  – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə seminar iştirakçılarını təbrik edib. Sonra qeyd edib ki,  yeni ilin yanvar ayının 7-dən 31-dək RİH başçısının şəhər, qəsəbə və kənd İƏD-ləri üzrə nümayəndəliklərdə “2019-cu ilin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələr”lə bağlı hesabat yığıncaqları keçirilməsi nəzərdə tutulub.

Rayon İcra Hakimiyyəti başçısının 27 dekabr 2019-cu il tarixli 205 saylı sərəncamına əsasən İƏD-lər üzrə nümayəndəliklərdə hesabat yığıncaqlarının keçirilməsi barədə təsdiq edilmiş qrafik   tədbir iştirakçıların nəzərinə çatdırılıb.

R.Səmədov hesabat yığıncaqlarında Azərbaycan Respublikası Qanunlarının, Prezidentin Fərman və Sərəncamlarının, Nazirlər Kabinetinin qərarlarının və digər rəhbər orqanların hüquqi aktlarının öyrənilməsi, əhali arasında təbliğ edilməsi, 2019-cu il ərzində nümayəndəliklərə daxil olmuş məktubların, ərizələrin icrası və vətəndaş müraciətlərinə baxılması vəziyyətinin təhlil edilməsi, hesabat yığıncaqlarında ötən il səsləndirilmiş tənqidi qeyd və təkliflərin icrası vəziyyəti təhlil olunması, həll olunmamış məsələlərin icra edilməməsinin səbəbləri vətəndaşlara izah edilməsi, əhalinin əmlakının icbari sığortası və əhalinin tibbi sığortası barədə maarifləndirmə işinin təşkil edilməsi və bu istiqamətdə qarşıda duran vəzifələr barədə tapşırıqlar verib.

R.Səmədov həmçinin İƏD üzrə nümayəndələrə hesabat yığıncaqlarında vətəndaşların qaldıracaqları həlli vacib olan məsələlərin, mövcud olan sosial-iqtisadi problemlərin öyrənilməsi və həlli yollarının araşdırılmasına dair tövsiyələrini çatdırıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Ehtiram Manafov

 

Şərh Yaz