Yaddas kitabcasi

Növbəti açıq dərs keçirildi

26 dekabr 2019-cu il tarixində məktəbimizin ibtidai sinif müəllimi Sevinc Məmmədova II a sinfində Azərbaycan dili fənnindən “Quşlar” mövzusunda açıq – nümunə dərsi keçdi. İKT vasitələri və müasir təlim üsulları ilə keçirilən dərs hamının xoşuna gəldi. Şagirdlərin promethan lövhədə həvəslə işləmələri dərsə xüsusi fəallıq gətirdi. Əyani vəsaitlərlə zəngin olan dərsə Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində gətirilmiş sülh rəmzi olan ağ göyərçin bir daha sülhün, həmrəyliyin tərəfdarı olduğumuza sübut oldu.
Dərsdə məktəbin direktoru Elçin Məmmədov, RTŞ-nin metodisti Xalid Allahverdiyev və məktəbin müəllimləri iştirak etdilər. Dərsin sonunda direktor və RTŞ-nin metodisti müəllimə və şagirdlərinə maraqlı dərsə görə təşəkkür etdilər və bundan sonra da uğurlar arzuladılar.

E.Babayev

 

Şərh Yaz