Balaca qiraətçilərin məmnunluğu

Bayramlarda uşaqları sevindirmək, onların əyləncələrini izləmək olduqca ürəkaçan olur.
30 dekabr 2019-cu il tarixdə İsmayıllı Uşaq Gənclər İnkişaf Mərkəzində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni – 2020-ci ilin gəlişi münasibəti ilə Mərkəz nəzdində fəaliyyət göstərən “Bədii qiraət” dərnəyinin hazırladığı bayram konserti də belə tədbirlərdən olub.
Balacaların hazırladıqları bayram konsertində onların valideynləri də iştirak ediblər. Fidanlar Vətənə, həmrəyliyə, yeni ilə aid şeirlər səsləndirib, mahnılar oxuyublar. Şaxta baba ilə Qar qıza qoşulub rəqs ediblər.
Tədbirin yaşlı izləyiciləri “İsmayıllı Yazarları” ədəbi-ictimai birliyin üzvləri Hacıməmməd Məmmədov, Oqtay İsmayıllı, Xalıq Yusifoğlu və Şahməmməd Dağlaroğlu keçirilən bayram tədbiri, onun mahiyyəti barədə fikir söyləyib, iştirakçıları hər iki bayram münasibəti ilə təbrik ediblər.
“Nəsimi ili”nin son saatlarında İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı və dərnək üzvlərinin iştirakı ilə hazırlanmış “Məndə sığar iki canan” mövzusunda video-çarx nümayiş etdirilib.
İsmayıllı Uşaq Gənclər İnkişaf Mərkəzinin Fəxri fərmanlarını fəal qiraətçilərə dərnəyin rəhbəri Aytən İsmayıllı təqdim edib. Balaca qiraətçilər bayramlar ərəfəsində imkan və bacarıqlarını nümayiş etdirməkdən məmnun qalıblar.
“İsmayıllırləri”

Şərh Yaz