Yaddas kitabcasi

Şənlik alqışlanıb

30 dekabr 2019-cu il tarixində İsmayıllı rayonunun Qalacıq kənd tam orta məktəbində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram şənliyi keçirilib.
Tədbirdə İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, valideynlər, məktəbin müəllim heyəti və şagirdlər iştirak ediblər.
Dövlət himni səslənməsi ilə başlayan tədbirdə aparıcılar bayram tədbiri haqqında məlumat veriblər.
Şagirdlərin hazırladıqları rəngarəng nömrələr alqışlarla qarşılanıb. Şaxta baba və Qar qız təhsili əhatə edən yol sərgüzəştlərini danışıblar. Tədbirdə mahnılar oxunub, şeirlər, folklor nümunələri söylənilib. Səsləndirilən tapmacalara düzgün cavab verən şagirdlərə hədiyyələr təqdim olunub. Milli geyimdə rəqs edən şagirdlər tədbir iştirakçıları tərəfindən alqışlanıblar.

E.Qasımova

 

Şərh Yaz