Yaddas kitabcasi

İsmayıllıda ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib

Dekabr ayının 12-də İsmayıllı rayonunun sakinləri ulu öndər Heydər Əliyevin vəfatının 16-cı ildönümü münasibətilə İsmayıllı şəhərindəki Mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət edib, abidə önünə tər çiçəklər düzüblər.

Mərasim iştirakçıları daha sonra Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Mərkəzdə nümayiş etdirilən sənədli film və fotoşəkillər hamını bir anlığa yaxın keçmişə qaytarıb, Ulu öndərin həyat və fəaliyyətinin müxtəlif məqamları ziyarətçilərin gözü önündə canlanıb.

Bundan əlavə, rayonun bütün təhsil ocaqlarında, müəssisə və təşkilatlarda Ümummilli liderin həyat və fəaliyyətinə həsr olunmuş dərslər, anım tədbirləri keçirilib, iştirakçılara dahi şəxsiyyətin uzaqgörən siyasəti nəticəsində qazanılan uğurlardan danışılıb.

İsmayıllı Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası rayon təşkilatının birgə təşkilatçılığı ilə rayonun bütün yaşayış məntəqələrində Ulu öndərin vəfatının 16-cı ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar keçirilən çoxsaylı tədbirlər – müxtəlif müsabiqələr, dəyirmi masa arxasındakı söhbətlər, “Heydər Əliyev İdarəetmə Məktəbi”nin geniş tərkibli məşğələsi  dahi şəxsiyyətə olan el məhəbbətinin əyani göstəricisi olub.

Anım günündə əvvəlcə Ulu öndərin abidəsi önünə rayon İcra Hakimiyyəti adından əklil qoyulub. Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri üzvləri ziyarətçilərin önündə olublar.
Rayon polis şöbəsinin əməkdaşları, yanğın təhlükəsizliyi xidmətinin, digər hüquq-mühafizə və ədliyyə orqanlarının əməkdaşları çoxsaylı ziyarətçilər sırasında abidənin önünə gül dəstələri  düzüblər. Ağsaqqallar, gənclər, məktəblilər, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tələbələri, İsmayıllı Peşə Tədris Mərkəzinin müəllim və şagirdləri, icra strukturlarının, xidmət təşkilatlarının işçiləri  Ulu öndərin ruhu qarşısında borclu olduqlarını dərindən dərk edərək, dərin hörmət və ehtiram əlaməti olaraq, ziyarətçilərin sırasında olublar.
Anım mərasimi başa çatdıqdan sonra ziyarətçilərin bir qismi üçün ehsan süfrəsi açılıb.

Ş.Soltanov

Şərh Yaz