Yaddas kitabcasi

20 min 200 ağac əkilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə  2019-cu ilin “Nəsimi ili” elan edilməsi çərçivəsində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bir gün ərzində Respublika ərazisində 650 min ağac əkmək təşəbbüsünü irəli sürüb. Təşəbbüsə böyük sevinc və məsuliyyətlə qoşulan İsmayıllı sakinləri bir gündə 20 min 200 ədəd ağac əkməyi qərara alıb. Bu dəyərli, ekoloji tarazlığın yaradılması və möhkəmləndirilməsində çox əhəmiyyətli olan aksiyanın həyata keçirilməsi üçün bütün hazırlıq işləri vaxtında görülüb. Ekologiya və Təbii Sərvətlər nazirliyindən 19 min əkin materialı alınıb, yerli imkanlar hesabına isə 1000 ədəd ting tədarük edilib.
06 dekabr 2019-cu il tarixdə dövlət başçısının Sərəncamına, Birinci vitse-prezidentin təşəbbüsünə cavab olaraq İsmayıllı sakinləri mütəşəkkilliklə ağac əkininə çıxıblar. Aprel zəfər döyüşünə həsr olunmuş “Zəfər” parkında 700, Heydər Əliyev prospektində 300, Əbülhəsən Ələkbərzadə küçəsində 1200 və rayonun bütün kəndlərin və bələdiyyə ərazilərində müxtəlif növlü ağaclar əkilib. Bu nəcib təşəbbüs rayonun bütün idarə, müəssisə və təşkilatları, yerli icra və özünüidarəetmə strukturları, gənclər, ağsaqqallar, ümumi təhsil məktəbləri tərəfindən bəyənilib və həyata keçirilib. Nəticə olaraq gün ərzində rayon ərazisində 20 mindən çox ağacın əkilməsi başa çatdırılıb. Əkilən ağaclar sırasında tut, qoz, fındıq, akasiya tingləri üstünlük təşkil edib.
Bundan əlavə İsmayıllı Rayon İcra Hakimiyyəti ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə razılığı əsasında İsmayıllıda olan meşə talalarında meşələrin bərpa olunması üçün plan hazırlanıb. Plana əsasən rayon ərazisində ağacəkmə kompaniyası davam edəcəkdir.
Eyni zamanda rayonda barama istehsalını inkişaf etdirmək və artırmaq üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş 10000 ədəd tut tinginin də əkilməsi davam edir.

V.Salehov

Şərh Yaz