Seçkilər inkişafa aparır

23  dekabr 2019-cu il tarixdə keçiriləcək Azərbaycan Respublikasında bələdiyyə seçkiləri ilə əlaqədar olaraq Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir.

9 dekabr 2019-cu il tarixdə Yeni Azərbaycan Partiyası  Mərkəzi Seçki Qərargahının İsmayıllı rayon şöbəsi təbliğat-təşviqat  tədbirləri çərçivəsində bələdiyyə üzvlüyünə namizədliyi  Yeni Azərbaycan Partiyası  tərəfindən  irəli sürülmüş namizədlərin təhsil sahəsində çalışan vətəndaşlarla növbəti görüşünü keçirmişdir.

Tədbiri giriş sözü ilə açan YAP İsmayıllı rayon təşkilatının sədri Sevil Əhmədova qeyd etmişdir ki, ölkəmizin yüksək inkişafına hesablanmış uğurlu sosial-iqtisadi siyasət bu gün məhz Yeni Azərbaycan Partiyasının sədri, Prezident cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Dövlət başçısının müəyyən etdiyi islahatlar kursunun həm miqyası, həm də keyfiyyət baxımından davamlı olması iqtisadiyyatın hər bir strukturunda müşayiət edilməklə yanaşı, ən yeni idarəetmə texnologiyalarının tətbiqi ilə çox böyük nailiyyətlərin əldə olunmasını şərtləndirib. Daha sonra xalqın sosial-ictimai həyatında bələdiyyələrin rolundan danışıb. O, 23 dekabr 2019-cu ildə keçiriləcək bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının İsmayıllı rayon təşkilatının qarşısında duran vəzifələri açıqlayıb. Yerli özünüidarəetmə orqanı olan bələdiyyələrin keçdiyi inkişaf yolu, yarandığı 20 il ərzində ölkənin sosial-iqtisadi, ictimai-mədəni həyatındakı rolu barədə ətraflı danışıb. Rayon üzrə 34 bələdiyyədə təmsil olunmaq üçün namizədlər qeydə alınıb.

Daha sonra çıxış edən Əməkdar müəllim Şəfaqət Rəsulov, İsmayıllı şəhər 1 saylı tam orta məktəbinin direktoru Gündüz Qədirov, 2 saylı tam orta məktəbinin direktoru Ramil Dadaşov, 3 saylı tam orta məktəbinin direktoru Əhmədağa Ələkbərov, 6 saylı tam orta məktəbin direktoru Qalib Bəşirov və başqaları çıxış edərək  bələdiyyə üzvlüyünə namizədlikləri irəli sürülən partiya üzvlərinin hər birinin ən layiqli namizədlər olduğunu qeyd etdilər və 23 dekabr tarixində keçiriləcək  bələdiyyə seçkisində onları dəstəkləyəcəklərini bildirdilər. Qeyd etdilər ki, bələdiyyələr əhaliyə göstərilən xidmətlərin keyfiyyətini daha da yüksəltməli, yerli əhəmiyyətli problemlərin həllinə dəstək olmalı, ölkəmizdə həyata keçirilən islahatların regionlarda uğur qazanmasına töhfə verməlidirlər.

Tədbirin sonunda YAP İsmayıllı rayon təşkilatı təbliğat qrupunun üzvləri çıxış edərək, İsmayıllı bələdiyyəsi üzrə namizədlərə 23 dekabr bələdiyyə seçkilərində fəal iştirak etməyə, ölkəmizin hərtərəfli inkişafının davamlı olması naminə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıblar.

R.Qasımov

 

Şərh Yaz