Müasir Azərbaycan dövlətinin qurucusu

11 dekabr 2019-cu il tarixində Basqal qəsəbə İƏD üzrə nümayəndəliyində Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur” mövzusunda dəyirmi masa keçirildi. Əvvəlcə Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan Basqal qəsəbə icra nümayəndəsi Novruz Əsədov çıxış edərək, Ulu öndərin həyatı və siyasi fəaliyyəti haqqında geniş məlumat verdi. Tədbirdə çıxış edən Basqal qəsəbə tam orta məktəbinin tədris işləri üzrə direktor müavini Yeganə Ağayeva, məktəbin tarix müəllimi Kazım Bağırlı və jurnalist Nadir Şəfiyev, Ümummilli liderin Azərbaycan dövləti və Azərbaycan xalqı qarşısındakı böyük xidmətlərindən danışdılar. Daha sonra məktəb şagirdləri tərəfindən ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirildi.
F.Mustafayev

Şərh Yaz