Ciddi xəbərdarlıq və ya deməyin ki, demədik…

Payız yenicə başlayanda qəzetimiz “Ağacları əkirik, bəs sonra…?” sərlövhəli yazı dərc etmişdi. Yazının qəzet səhifəsinə çıxarılmasında məqsəd rayon ərazisində diqqətdən kənarda qalıb qurumuş ağacların yerinə yeni ağaclar əkib, qayğısını çəkmək, becərdilib bitməsinə nail olmaq idi.

Görünür əkdikləri ağacların bitib-bitməməsinin fərqində olmayanlar heç bu yazıya da o qədər əhəmiyyət verməyiblər. Amma çox təəssüf…

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun dekabr ayının 16-da keçirdiyi yığıncaqda söhbət yalnız bu sahəni – hektarlarla ərazini tutan, əkilmiş fındıq kollarına olan laqeyd münasibəti əhatə etdi.

Başçı məsələnin olduqca ciddi olduğunu bildirərək əlaqədar idarə, müəssisə, təşkilat rəhbərlərinə, bu sahəyə cavabdeh şəxslərə xəbərdarlıq etdi, iradlarını çatdırdı, tövsiyələrini verdi.

RİH başçısının müavini Mahmud Süleymanovun məsələ ilə bağlı verdiyi arayışdan rayonun hansı yaşayış məntəqəsində Dövlət səviyyəsində diqqətdə olan, strateji əhəmiyyət daşıyan bu işə səthi münasibət bəslənildiyi bəlli oldu.

Kiçik olan, lakin kifayət qədər narahatçılıqdan yaranan bu yazıda məsələyə laqeyd yanaşanların adlarını çəkmirik. Lakin RİH başçısının dediklərini bir daha xatırladırıq ki, qurumuş fındıq kollarının yerinə yeniləri əkilib, qulluq göstərilməzsə, işə məsuliyyətsiz, laqeyd yanaşanlarını yerini işgüzarlıqda  və məsuliyyətdə yaxşı mənada fərqlənənlər tutacaqlar.

İsmayıllı xəbərləri”

Şərh Yaz