Sən elə bir zirvəsən

Gecəni nurladan ulduzdu, aydı,

Çlayan bulaqdı, kükrən çaydı,

Alınmaz ordudu, sınmaz alaydı.

Nəğdir, mahnır, şerdir Heydər,

Misli gönmən rəhbərdir Heydər.

 

Əziz rəhbərim!  Ulu öndərim! Sən bir uca zirvəsən bizim qəlbimizdə. Bu gün sənin anım günün. Bu günləmi xatırlanır sənə olan sevgimiz? Xeyr! Sən hər an biz gənclərin sevgi dolu qəlbindəsən.

“ Xalqın, vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir!” – Ulu  öndər, ümummilli liderimiz  Heydər Əliyevin hikmətli kəlamı olan bu fikirləri onun canı qədər sevdiyi, taleyinin amalına çevirdiyi vətənin  Azərbaycana nə qədər bağlı olduğunun bariz nümunəsidir. Bunu dahi rəhbərin tarixin Azərbaycan xalqı qarşısında açdığı o mürəkkəb tarixi şəraitdə bir vətəndaş mövqeyini, təcrübəsini, müdrik siyasətini qarşıya qoyaraq xalqı, vətəni üçün etdiyi mücadilə ilə hər bir vətən övladına anlatdı, öz tale  yolunda sübut  etdi.

10 may 1923-cü ildə Naxçıvanda Əlirza kişinin ailəsində göz  açan Heydər Əliyev  zamanla bu ata yurdu olan  özünə ana bildiyi vətəni  Azərbaycan üzərində günəş kimi parladı. İstedadı, ağıl və bacarığı ilə hələ kiçik yaşlarından öz yaşıdlarından  fərqlənirdi. Bütöv xarakteri: xasiyyəti, məntiqi, səmimiyyəti ilə insanların qəlbinə yol açır,  daim öz üzərində çalışır, yeniliyə can atırdı. Sanki xalqının taleyinin ona nə qədər bağlı olduğunu əvvəlcədən duyurdu.

Naxçıvan Pedaqoji Texnikumunu  bitirən Heydər Əliyev 1939-1941-ci illərdə Bakıda məşhur

Sənaye  İnstitutunun memarlıq fakültəsinə daxil oldu. Təhsili yarımçıq qalan Heydər Əliyev öz gələcək fəaliyyətlərində, mücadilə dolu qürurlu alın yazısı ilə müstəqil Azərbaycan dövlətinin qurucusu, memarı olaraq əslində öz “təhsil”ini tamamlamış oldu.

Sovetlər İttifaqı tərkibində olması Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə Heydər Əliyev  hər bir sahədə xalqına dəstək oldu-öz səmimiyyəti, yüksək mənəviyyatı vətənə bağladığı ülvi ruhu ilə birgə. Milli-mənəvi dəyərlərimizi,  xalqımızın taleyindən süzülən adət-ənənələrimizi, mədəniyyətimizi işıqlandırıb yüksək dəyər verdi. İ.Nəsimi, M.P.Vaqif, H.Cavid və sair kimi  məşhur söz sənətkarlarının öz layiqli qiymətini almasına nail oldu. Xalqına faydalı olan hər bir vətən övladının, qəhrəmanının, tarixin qaranlıq səhifələrindən  çıxararaq  öz aydınlığına qovuşdurdu.

Bu gün dahi rəhbər Heydər Əliyevin həyat və fəaliyyətinə baxış keçirən hər bir şəxs onun həyat yolunun bitib-tükənməyən “zaman tuneli”nin sehrinə möhtəşəmliyinə  qərq olur.

“Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi və əbədi olması bundan da çətindir” – deyən Heydər Əliyev öz sözlərində haqlı idi. O, xaosa sürüklənmiş vətən, dağılmış iqtisadiyyat, müharibə şəraiti və sair problemlərlə üz-üzə qaldı, yenilmədi, xalqına arxalandı, xalq da  dahi rəhbərinə rəhbərlik etdiyi 34 illik fəaliyyəti xalqının taleyində  daim ona – xalqına yol göstərən bir mayak oldu. Heydər Əliyevin söylədiyi “ Mən həmişə fəxr etmişəm və indi də fəxr edirəm ki, mən Azərbaycanlıyam” fikirləri bu gün də hər bir vətən övladı üçün bir şüar kimi səslənir, ona öz mövqeyini xatırladır.

Xalq öz dahi rəhbərini unutmadı. Adı əbədiləşdirildi. Hər il dekabrın 12-də ömrünü  xalqımıza həsr etmiş ümummilli liderimiz Heydər Əliyevin anım günü böyük coşqu ilə qeyd olunur. Bir gənc olaraq dahi rəhbərimizdən örnək götürürük və onun layiqli davamçısı olmağa səy göstəririk. Öz Azərbaycanlı ruhumuzla  milli-mənəvi dəyərlərimizə sadiq qalacaq, onun rəhbər tutduğu ideyaları  təbliğ edəcəyik.

Ayna Nəsirzadə,

R.Ocaqov adına Buynuz kənd tam orta məktəbinin XI sinif şagirdi. Ulu öndər H.Əliyevin anım güsr edilmiş “Sən elə bir zirvən “ mövzusunda  ia yazı müsabiqəsinin qalibi

 

Şərh Yaz