Kənd adamı torpağa bağlı olmalıdır

Dekabr ayının 19-da Balik kənd ümumi orta məktəbində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov kənd əhalisi ilə görüş-qəbul keçirib.

Görüşü giriş sözü ilə açan RİH başçısı M.Sadıqov ölkədə və rayonda olan son yeniliklərdən, aparılan islahatlardan, görülən bütün işlərin vətəndaşların yaşayış imkanlarının yüksəldilməsinə yönəldildiyindən danışıb.

Başçı  görüş iştirakçılarına kiçik və orta sahibkarlığın inkişafından, bu istiqamətdə aparılan islahatlardan faydalanmağın və torpaq sahələrindən səmərəli istifadənin vacibliyindən danışıb.  O, kənd adamının torpağa bağlılığını rahat yaşayış üçün başlıca şərt olduğunu bir daha vurğulayıb.

Kəndə qarşıdakı yeni ildə təbii qaz veriləcəyi xəbərini sakinlər sevinclə qarşılayıblar. Onlar kənddaxili elektrik xətlərinin dəyişdirilməsini müsbət hal kimi dəyərləndiriblər. Lakin hələ 15 yararsız dirəyin, köhnə və aşağı gücdə olan elektrik transformatorunun da yenisi ilə əvəz olunmasına ehtiyac olduğunu diqqətə çatdırıblar.

Görüşdə sakinlərin şəxsi və ümumi problemləri dinlənilib. Yekunda qaldırılan məsələlər ilə bağlı aidiyyəti idarə və müəssisə rəhbərlərinə tapşırıqlar verilib.

Ş.Soltanov

 

Şərh Yaz