Qəlbimizdə əbədi olaraq yaşayır

Ulu öndər Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar Azərbaycanın bütün bölgələrində, yaşayış məntəqələrində olduğu kimi İsmayıllı rayonunun Zərnava kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə də anım günü keçirilib.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Zərnava kənd İƏD-i üzrə nümayəndə Nemət Abdurəhimov xalqından canını belə əsirgəməyən Heydər Əliyevin həyat və fəaliyyəti barədə geniş məruzə ilə çıxış edib. O bildirib ki, ulu öndər Heydər Əliyev müasir və müstəqil Azərbaycanın banisi, yaradıcısı, qurucusu və ümummilli lideridir. Haqqında nə qədər söz desək də, Ümummilli liderin müstəqil Azərbaycan dövlətinin yaradılması, möhkəmləndirilməsi, inkişafı, qüdrətli ölkəyə çevrilməsi uğrunda göstərdiyi xidmətləri, fədakarlığı, mübarizliyi yetərincə ifadə edə bilmərik.

Tədbirdə çıxış edən Zərnava kənd İƏD-i üzrə nümayəndəsinin müavini Namiq Aslanov müstəqilliyin qorunub saxlanması və möhkəmlənməsində Ulu öndərin misilsiz rolu olduğundan danışıb.

Digər çıxış edənlər də ulu öndər Heydər Əliyevin düşünülmüş xarici siyasətini bəyəndiklərini, ideyalarının Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıblar.

Sonda Zərnava kənd tam ota məktəbinin şagirdləri Ulu öndər haqqında yazılmış şeirləri səsləndiriblər.

Nemət Abdurəhimov,

rnava kənd İƏD-i üzrəmayəndəsi

Şərh Yaz