Məqsəd əmək bazarının tələblərini təmin etməkdir

18 dekabr 2019-cu il tarixdə İsmayıllı Peşə Tədris Mərkəzinin nəzdində təsis edilməkdə olan Məşvərət Şurasının görüşü baş tutub.
Görüş 40-dan çox müəssisə – İsmayıllı Rayon İcra Hakimiyyəti İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzi, İsmayıllı Resort Hotel, Turizm İnformasiya Mərkəzi,  Dövlət Məşğulluq Xidmətinin nümayəndələri və sahibkarların fəal iştirakı ilə keçib.
Məşvərət Şurası İsmayıllı Peşə Tədris Mərkəzi ilə regionda fəaliyyət göstərən işəgötürənlər arasında əməkdaşlığın davamlılığını təmin etməyə xidmət edəcək, həmçinin peşə təhsili ilə əlaqəli bir çox məsələlərin həllinə töhfə verəcəkdir. Şuranın funksiyalarına Tədris planlarının Peşə Təhsil Mərkəzi ilə razılaşdırılması, sənaye müəssisələrinin tələbə qəbulunda rolunun artırılması, tələbələrin qiymətləndirməsinin müəssisələr tərəfindən aparılması, karyera mərkəzlərinin yaradılması, kurikulumlara baxılması və təkmilləşdirilməsi, eləcə də İsmayıllı Peşə Tədris Mərkəzində şirkət guşələrinin yaradılması kimi məsələlər daxildir.
14 sentyabr 2019-cu il tarixdə keçirilən görüşdə Məşvərət Şurasının Əsasnaməsi işəgötürən şirkətlərlə razılaşdırılıb və Şuranın nəzdində daha bir neçə sənəd işlənib hazırlanıb. Hazırkı görüşdə isə Məşvərət Şuranın Əsasnaməsi, dual PTT təşkili haqda əsasnamənin təqdimatı keçirilib, dual əsaslı peşə təlimi müqaviləsi, eləcə də şirkət daxili təlimçilərin əsasnaməsinə baxılıb.

Görüşdə iştirak edən nümayəndələr arasından səsvermə yolu ilə Məşvərət Şurasının idarəedici komitəsinin üzvləri və rəhbəri seçilib.  Sadalanan müəssisələr – İsmayıllı Peşə Tədris Mərkəzi (dual PTT Mentorunun nümayəndəliyi ilə bigə), Məşğulluq İdarəsi, “Qala” şadlıq sarayı, Turizim İnformasiya Mərkəzi, Park Aqro, “Talıstan” istirahət mərkəzi, “İsmayıllı” mehmanxanası, İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzi, “Aqrolizinq” ASC-nin İsmayıllı rayon bölməsi, həmçinin fərdi sahibkarlar  Məşvərət Şurasının üzv seçiliblər.
Məşvərət Şurasının İdarə Heyyətinin üzvlərini arasından səsvermə yolu ilə “Qala” şadlıq sarayının direktoru Azad Əliyev idarə heyətinin sədri seçilib.

“Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi (PTT) pilotlarının yaradılması” (ED VET) layihəsi Avropa İttifaqı və Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) tərəfindən maliyyələşir və Deutsche Gesellschaft für Internationale Zusammenarbeit (GIZ) GmbH tərəfindən icra olunur. Layihənin məqsədi Qəbələ, İsmayıllı və Qax rayonlarında yerləşən 3 pilot peşə məktəbində Almaniyanın dual peşə təhsili və təlimi yanaşmasının tətbiqi ilə kənd təsərrüfatı və turizm sahələrində peşə təhsili və təliminin cəlbediciliyini artırmaq və əmək bazarına uyğunluğunu təmin etməkdir.

Ş.Hüseynov

Şərh Yaz